Ana Sayfa > Özəl > İraq müqaviməti işğal altındakı Qolan təpələrindəki "həyati İsrail hədəfinə" zərbələr endirib
İraq müqaviməti işğal altındakı Qolan təpələrindəki "həyati İsrail hədəfinə" zərbələr endirib28-12-2023, 13:59. Yazar: sevinc1 |
İraqın İslami müqaviməti işğal altındakı Suriyanın Qolan təpələri və Şimali İraqdakı İsrail hədəflərinə qarşı iki ayrı hücuma keçib. Cümə axşamı səhər tezdən yaydığı bəyanatda qrup, işğal altındakı Qolanda İsrail rejiminin "Eliad" qəsəbəsinin cənubunda "həyati və əsas" hədəfə qarşı əməliyyat keçirdiklərini açıqlayıb. Bəzi məlumatlara görə, hücumda İsrailə məxsus pilotsuz təyyarə bazası hədəf alınıb. Müqavimət, antiterror döyüşçülərindən ibarət çətir qrupu, İsrailin 82 gündür amansız soyqırım müharibəsinə dözən Qəzza zolağına dəstək olaraq hücumu "uyğun silahlardan" istifadə edərək həyata keçirdiklərini söylədi. Bu arada İsrail mediası "kamikadze pilotsuz uçan aparat"ın Qolanda yerləşən binaya zərbə endirdiyini bildirib. İsrailin Kanal 12-si iddia edib ki, pilotsuz təyyarə əməliyyatının Suriyadan gəldiyi təsdiqlənsə, Qəzza müharibəsi başlayandan bəri ilk dəfə belə bir hücum baş verəcək. İraqlı qrup həmçinin İraqın şimalındakı Kürdüstan bölgəsinin paytaxtı Ərbil şəhərinin şimal-şərqində İsrail rejiminə aid “texniki və casusluq mərkəzini” hədəf aldığını bildirib. İraqın antiterror qrupu Vaşinqtonun sarsılmaz hərbi və siyasi dəstəyi ilə Təl-Əvivin Qəzzaya qarşı müharibəyə başladığı 7 oktyabrdan bəri İsrail rejimi və ABŞ-a məxsus hədəflərə hücum edir. İsrailin hədəfləri arasında işğal olunmuş Fələstin ərazilərinin ən cənub hissəsində yerləşən Eylat limanı və Aralıq dənizindəki Kariş qaz yatağı olub. İsrailin Qəzzaya qarşı müharibəsi başlayandan bəri İraq müqaviməti bölgədə Amerika işğalçı qüvvələrinə qarşı 100-dən çox əməliyyat keçirib. aia.az Tərcümə şöbəsi Geri dön |