Ana Sayfa > Dünya > Azərbaycanlı iş adamının "mənim namusumdur" dediyi arvadının 16 sevgilisi və…
Azərbaycanlı iş adamının "mənim namusumdur" dediyi arvadının 16 sevgilisi və…27-09-2016, 14:16. Yazar: admin |
Bir neçə gün əvvəl Ebru Gündəşlə Rza Zərrabın boşanma xəbəri maqazin gündəmində bomba effekti yaratdı. Bu yazıda oxucuları son günlərdə Azərbaycan və Türkiyə mətbuatının gündəmini zəbt edən müğənninin şəxsi həyatı və yaradıcılığı daha yaxından tanış etmək qərarına gəldik. Ebru Gündəş Türkiyənin sevimli və əfsanəvi sənətçilərindən biri olsa da, Azərbaycan mətbuatında da tez-tez gündəmə gəlir. Bunun səbəbi isə ilk növbədə Azərbaycan əsilli milyonçu və neft maqnatı Rza Zərrabla evliliyi və ərinin bir neçə dəfə həbs olunmasıdır. İkinci səbəbi Rza Zərrabın Ebrudan əvvəl Azəri qızı Günellə sevgili olmasıdır. Üçüncü səbəbi isə "O səs Türkiyə" musiqi yarışında Elnur Hüseynovun qalib gəlməsidir. Qısa xatırlama üçün qeyd edək ki, Elnur Hüseynov yarışa qatılanda Ebrunu seçmişdi. Bu hadisə Türkiyə və Azərbaycan mətbuatı tərəfindən birmənalı qarışlanmamışdı. Elnuru yarışa guya Rza Zərrabın gətirdiyi və qalib olmasında onun əvəzsiz rolu olduğu deyilirdi. Lakin Elnurun istedadı, əsrarəngiz səsi bütün söz-söhbətlərin üstündən xətt çəkdi. Yalnız bu yazının qəhrəmanı Elnur deyil. Publika.az-ın "9 don" layihəsinin bugünkü əsas qəhrəmanı 16 sevgilisi olan və 3 dəfə rəsmi nikaha girən, Rza Zərrabın isə "O, mənim namusumdur" dediyi Ebru Gündəşdir. Bəli, düz oxudunuz, Ebrunun nə az, nə çox - düz 16 sevgilisi olub. Səhnəyə gəlişi Ebru Gündəş 12 oktyabr 1974-ci il tarixində İstanbulda kasıb bir ailədə anadan olub. İndi Türkiyənin ən tanınmış ifaçılarından biri olsa da, uşaqlığı ehtiyac içində keçib. Maddi sıxıntılar, ailədəki problemlər Ebrunu məktəbi bitirən kimi işləməyə məcbur edib. Lakin Ebrunun əziyyətli günlərinin ömrü çox qısa olub. Belə ki, o, geyim fabrikində işləməyə başlayan kimi tale onun üzünə gülüb. Güclü səsi Ebruya uğurun bütün qapılarını taybatay açıb. Geyim sənayesində çalışdığı illərdə səsinin gözəlliyindən xəbərdar olan bir tanışı onu Neşe Demirkatanın yanına aparır. Tanışının Ebru Gündəşi Neşe Demirkatanın yanına aparmaqda məqsədi Allah vergisi olan güclü səsini qiymətləndirmək, musiqi bazarına keyfiyyətli və gənc səs təqdim etmək idi. Neşe Demirkatan bu səsi layiq olduğu qədər qiymətləndirmək üçün Ebrunu Himn Musiqi Şirkətinin o zamankı rəhbəri Koral Sarıtaş və məşhur skripkaçı və bəstəkar Səlcuq Tekayanın yanına istiqamətləndirir. Gündəşi hər iki əfsanəvi musiqiçi çox bəyənir və gənc qız onların vasitəçiliyi ilə şirkətlə müqavilə imzalayır. Albom hazırlıqlarına başlamazdan əvvəl səhnə təcrübəsi qazanmaq və şöhrətin füsunkar dünyasına öyrəşmək üçün bir müddət Əməl Sayına vokalistlik edir. Gözəl müğənni çox qısa zamanda musiqi dünyasına uyğunlaşaraq ilk albomunun hazırlıqlarına başlayır. 1993-cü ildə "Tanrı qonağı" adlı ilk albomu musiqi dünyasına bomba kimi düşür. Gündəş ilk albomu çıxan kimi milyonlarla satış rekorduna imza atır. Bu albomdan sonra Ebru bir çox mükafata layiq görülür. 1994-cü ildən başlayaraq Kral TV Video Musiqi Mükafatlarında "Ən yaxşı qadın TSM sənətçisi" mükafatını üç il ərzində heç kimə vermir. Ebru Gündəş ilk albomundan dərhal sonra ikinci albomun hazırlıqlarına başlayır. "Şirin bəla" adlı ikinci albomunda sənətçi əsasən asta templi və romantik nəğmələr səsləndirir. "Mən hələ böyüməmişəm" adlı üçüncü albomunu 1995-ci ildə çıxarır. Bu albom Ebru Gündəşin musiqi həyatında Sərdar Ortacla ilk əməkdaşlığının başlanğıcı olur. Bu iki sənətçi uzun illər möhkəm dost olmasına baxmayaraq, hazırda küsülüdür. "Qurdlar süfrəsi" adlı dördüncü albomu əvvəlkilər kimi böyük maraqla qarşılanır. Bu ərəfədə filmdə çəkilmək təkliflərini də dəyərləndirən Ebru Gündeş albomlarının adı ilə eyni olan televiziya seriallarında baş rollarda yer alır. İki illik fasilədən sonra 1998-ci ildə "Sən Allahın bir lütfüsən" adlı albomunu musiqi həvəskarlarının ixtiyarına buraxır. On iki mahnıdan ibarət albom Ebru Gündəş yaradıcılığında mühüm yer tutur. Bu albom onu məşhurluğun zirvəsinə aparır. Ebru Gündəş 2000-ci ildə fanatlarını yeni albomla salamlayır. Lakin bu albomun təqdimatı dəhşətli hadisələrlə yadda qalır. Belə ki, "Qayıt, nə olar" adlı bu albomunun studiyadakı təqdimatı zamanı mətbuat nümayəndələri qarşısında beyninə qan sızan Ebru Gündəş bir müddət xəstəxanada yatır. Sənətçinin səhhətində ciddi problemləri olduğunu deyən həkimlər Ebruya dincəlməyi və bir qədər səhnə fəaliyyətindən uzaq qalmağı tapşırırlar. Həkimlərin məsləhətinə əməl edən sənətçi fanatlarından uzaq qalsa da, sözügedən albomu yenə də rekord həddə satılır. Heyranları sənətçiyə olan sevgilərini albomu almaqla göstərirdilər. Bu, Ebrunun sənətinə dərin sevginin və hörmətin təzahürü idi. Müsahibələrinin birində: "Həmişə demişəm, Allah mənə ikinci şans verib. Sağlamlığınız qaydasındadırsa, atdığınız hər nəfəsin haqqını verin. İstədiyiniz həyatı yaşayın və bu yolda mübarizədən dönməyin", - deyib. 2001-ci ildə Ebru Gündəşin "Əhdim olsun" adlı yeni albomu işıq üzü görür. Albom keyfiyyəti və tirajı ilə musiqi bazarının gündəmini zəbt edir. 2003-cü ildə isə "Şahanə" adlı albomu çıxır. Ümumiyyətlə, Ebru Gündəş güclü səsə malik olan sənətçi olmasına və əldə etdiyi uğurlara baxmayaraq, sakit dayanan tənbəl və məşhurluqdan başı gicəllənən ifaçılardan deyil. O, daim öz üzərində işləyir, tez-tez yeni mahnılar yazdırır və hər il albom çıxardır. Buna görə də bütün albomları satış rekordlarını qırır. Mahnıları isə dillərdən düşmək bilmir. "Səhnədə oxuyanda şükür edirəm. Bu çox qəribə hissdir. Çünki mənim həyatımdakı möcüzələr səhnələrlə bağlıdır. Əvvəlcə Ebru Gündəş oldum. Daha sonra çox sevdiyim bir adamdan xəyalını qurduğum bir övlad sahibi oldum. Və hələ də hər konsertdə milyonlarla insanların sevgisini hiss edirəm. Minlərlə şükürlər olsun!" Ebrunun fəaliyyəti bununla kifayətlənmir. Seriallarda baş rollara çəkilən sənətçi uğurlu televiziya layihələri ilə çıxış edib. 2013-cü ildən etibarən "O Səs Türkiyə" adlı müsabiqədə münsif kimi iştirak edir. Azərbaycan əsilli milyonçu həyat yoldaşı Rza Zərrabın həbs olunmasından sonra yarışdan bir müddətlik ayrılır. Rza Zərrabın həbs cəzası məhkəmənin qərarı ilə ləğv olunduqdan sonra verilişdəki yerinə yenidən qayıdır, səhnə fəaliyyətini isə bərpa edir. Ebru Gündəşin zəngin sevgili siyahısı: Ebrunun yaradıcılığı qədər şəxsi həyatı da olduqca rəngarəng və maraqlıdır. Bu cazibədar xanım gənclik illərində kişiləri sözün əsl mənasında əlcək kimi dəyişib... Sevgililərindən ayrılanda normal qızlar kimi depressiyaya düşüb, ağlayıb-sızlayıb, qəribə intihar versiyalarını fikirləşməyib. Əksinə, o, özünə dərhal yeni bir sevgili tapırdı. Son seçimi isə azərbaycanlı milyonçu olub. Görüşdüyü kişilərin siyahısı çox uzundur. Odur ki, siyahını pürrəngi çay süzüb, qurtumlayaraq nəzərdən keçirməyi təklif edirik. Ebru Gündəşin nə az, nə də ki çox, düz 16 sevgilisi olub. Milli.Az publika.az-a istinadən bildirir ki, bu siyahıdakı 3 kişi ilə rəsmi nikaha girib. 1990-ci ildə Həmdi Vardar 1993-cü ildə Abdulla Gencal 1995-ci ildə Levent Akkaş 1996-ci ildə Kərəm Alışık 1997-ci ildə Atilla Saral 1998-ci ildə Uche Okeçukvu 1999-ci ildə İlyas Çaxmaq 2000-ci ildə Stelyo Pipis 2001-ci ildə Süha Yavuz 2001-ci ildə Hakan Poyraz 2002-ci ildə Ömər Durak 2004-cü ildə Hakan Aldın 2005-cü ildə Ömər Gürsoy 2007-ci ildə Mərd Sarıca 2008-ci ildə Osmandan Erkır 2009-ci ildə Rza Zərrab Rəsmi nikahda olduqları: 1-ci evliliyi: 1990-cı ildə Həmdi Vardar ilə evlənib, 1993-cü ildə isə boşanıb. 2-ci evliliyi: 2002-ci ildə Ömər Durak ilə evlənib, 2003-cü ildə boşanıb. 3-cü evliliyi: 10 fevral 2010-cu il tarixində azərbaycanlı iş adamı Rza Zərrabla evlənən Ebru Gündəş bir neçə gün əvvəl boşanması haqqında çıxan xəbərləri təsdiq edib. Rza Zərrabla tanışlığı Ebru Gündəşin qalmaqallı keçmişi Rza Zərrabı qətiyyən narahat etmir və "O mənim namusumdur" deyir. O, müsahibələrinin birində: "Ebru mənim dəli kimi aşiq olduğum, uğrunda canımı verəcəyəm ki, qadınımdır, namusumdur", - deyə etiraf edib. Qeyd edək ki, Rza Zərrab Ebru Gündəşdən 10 yaş kiçikdir. Ebruya qədər onun da adı bir çox eşq macəralarında hallanıb. Ebru Gündəşin sonuncu və boşanmaq üzrə olduğu həyat yoldaşı Rza Zərrabla tanışlığı romantik duyğularla xatırlandığını deyə bilmərik. Belə ki, milyonçu Rza Zərrab Ebrudan əvvəl 8 il Azəri qızı Günellə sevgili olub. Rza Zərrab Ebru ilə elə 8 illik sevgilisinin vasitəçiliyi ilə tanış olub. Ebru Gündəşin gözəlliyinə hələ uşaqlıqdan sitayiş etdiyini deyən Rza Zərrab Güneldən ayrılmasında Ebrunun heç bir rolu olmadığını bildirib. Rzanın sözlərinə görə, Ebru Gündəş onu həyatına Güneldən ayrılandan aylar sonra daxil olub. Günellə ayrılığın səbəbini yola getməmələri və münasibətlərini daha davam etdirə bilməmələri ilə izah edib. Xatırladaq ki, ayrıldıqdan sonra keçmiş sevgililər dəfələrlə bir-birlərinin ünvanına sərt fikirlər səsləndirir, mətbuatın gündəmindən düşmürdülər. Ardı-arası kəsilməyən qalmaqallara və 10 yaş fərqə baxmayaraq, bir-birini dəlicəsinə sevən cütlük 2010-cu il fevralın 11-də Kəmərburqazdakı evlərində səssiz-səmirsiz evlənib. Yalnız 6 nəfərin iştirak etdiyi toyda Ebru Gündeşin gəlin paltarı geyinmədiyi, sadə ağ paltarda olduğu qeyd edilirdi. Qızı Alara 2011-ci ilin 15 oktyabrında qızı Alara anadan olub. Cütlük qızını mətbuatdan mümkün qədər gizli saxlamağa çalışır. Daim jurnalistlərdən qaçan, övladını hər vasitə ilə mətbuatdan gizli saxlamağa çalışsa da, Ebru Gündəşin qızı bir neçə dəfə paparassilərin hədəfinə tuş gəlib. Türkiyə mətbuatına verdiyi müsahibədə Ebru analığın ona Allahın bir lütfü olduğunu deyib: "Ona baxanda ürək titrəyir, qarşılıqsız sevginin nə demək olduğunu anlayırsan. Hər şey daha mənalı olur. Əvvəllər özüm üçün yaşayıram, deyərdim. Lakin Alara ilə birlikdə həyatın istiqaməti artıq tamamilə dəyişib. Beynimdə daim qızımı fikirləşirəm. Yaxşı yedimi, içdimi? Böyüdüyünü görə biləcəyəmmi? Öz ayaqları üstündə, müstəqil bir qız olacaqmı? Kimlərlə yoldaşlıq edəcək? Kiminlə evlənəcək? Övlad böyük məsuliyyətdir. Ana olan dostlarıma bu hissi şişirdirlər deyirdim. Amma nə qədər də haqlıylarmış..." Belə getsə, mənim üçün Marsı da alacaq! Mətbuatda daim Rzanın bütün sərvətini həyat yoldaşına xərclədiyi haqqında da xəbərlər çıxıb. Mütəmadi olaraq həyat yoldaşından bahalı hədiyyələr alan Ebru Gündəş buna belə münasibət bildirmişdi: "Belə getsə, mənim üçün Marsı da alacaq". Saysız-hesabsız eşq romanları, qızının süni mayalanma ilə dünyaya gəlməsi xəbərləri, həyat yoldaşının həbs olunması, ikinci hamiləliyini qəfildən pozulması xoşbəxtliyinə soğan doğrayır. Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Rza Zərrabın qaçaqmalçılıq və rüşvət iddiası ilə saxlanılması Ebru Gündəşin səhhətinə də təsir edir. Səhnə fəaliyyətinə son qoyduğu haqqında məlumatlar yayılır. Ebru bu xəbərlərə belə aydınlıq gətirib: "Bir gün gələcək Ebru Gündəşə dair hər şeyi atıb gedəcəyəm. Təbii ki, özümdən sonra bir iz qoyacağam... Amma pul, şan, şöhrət hər şey boşdur. Məhəbbət hər şeydən əvvəl gəlir. Yəni, övladım, həyat yoldaşım... Əvvəlcə özümüz üçün yaşayıb ruhumuzu qidalandırmalıyıq və bizi nə xoşbəxt edirsə, onu yaşamalıyıq. Əlimdən gəldiyi qədər belə yaşamağa çalışıram. Mal-mülküm haqqında xəbərlər yazılsa da, əslində ona böyük dəyər vermirəm. Həyat yoldaşımın həbsindən sonra həyata baxışım tamamilə dəyişdi. Daha eqoma təslim olmuram. Bəli, şöhrət müdhiş bir duyğudur, amma onun həyatının mərkəzi olmaması lazım olduğunu öyrənirsən. Bunu öyrəndikdən sonra eqo öz-özünə keçirir. Təvazökar səslənsə də, insan böyüdükcə kiçilməyi öyrənməlidir. Məni çox sevən, mənim də çox sevdiyim həyat yoldaşım və çox gözəl bir qızımız var. Xoşbəxtəm. Amma haqqımda hər cür xəbərlər çıxır. Haqqımdakı bu cür xəbərlərin sənətimə və ailəmə mane olacağına inanmıram. Mən maddiyyatla, ya da kiminsə xahişi ilə məşhurlaşmamışam. Səsim Allah vergisidir. İllərdir dayanmadan çalışan bir sənətkaram. Mənim həyat yoldaşımın imkanlarına malik yüzlərlə iş adamı, ailə var. Gördüyü hər bir işin, aldığı hər hədiyyənin onun adıyla təqdim edilməsi təbii ki, bizi narahat edir. Bu xəbərləri yayan jurnalistlər həyat yoldaşları ilə belə yaşayırlar? Onların zehnində ər və arvad olmaq belə bir şeydirmi? Deyilsə, niyə bizə bunu edirlər? Biz ayrı-ayrı çalışan və pulunu qazanan, uşaq sahibi olan insanlarıq. Öz imkanlarımız daxilində həyatımızı qururuq. Nə aldğımızdan kimə nə?". Gündəmə bomba kimi düşən boşanma xəbəri Təəssüf ki, müğənninin Raza Zərrabla ən uzunmüddətli evliliyi də ayrılıqla nəticələnib. İfaçı artıq 6 aydır Amerikada həbsdə olan ərindən boşanmaq qərarına gəlib və artıq məhkəməyə müraicət edib. Zərrab boşanma təklifinin Ebru Gündəşdən gəldiyini və çətin də olsa, bu təklifi qəbul etdiyini bildirib. Ebru bu haqda deyib: "4 ildir dözürəm, amma dayanmağa gücüm qalmayıb". Rza da öz növbəsində "Ebru sıxıntılı günlərimdə boşanmaq istəyir. Mən də üzülərək boşanıram" deyib. Ebru Gündeş tələb etdiklərini qızı üçün istədiklərini deyib: "Özüm üçün bir qəpik də istəmirəm. Amma qızımın gələcəyini düşünürəm". İddiaya görə ifaçı Rzanın 50 milyon TL-lik təklifinin az olduğunu vurğulayıb. Bodrumdakı villa və Mayamidəki evi də istəyib. Milyon dollarlıq imarət və lüks maşınları olan nankor övlad Başına fasiləsiz olaraq müxtəlif hadisələr gələn Ebrunun atası ilə yaşadığı qalmaqal böyük səs-küy doğurmuşdu. Milyonlar qazanan sənətçinin atasının kasıbçılıq içində yaşamasını Türkiyə mətbuatı kəskin tənqid etmişdi. Məşhur türk müğənnisi Ebru Gündəşin evsiz küçələrdə yaşayan atası Rəmzi Gündəş keçən il mətbuata şok açıqlamalar vermişdi. Milyon dollarlıq imarət və lüks maşınları ilə göz qabağında olan sənətçinin atası illər sonra yenidən danışır. İş adamı Rza Zərrabla ailə həyatı quran ifaçının 70 yaşlı atası hal-hazırda Bakırköydə yerləşən köhnə əşyaların satışı ilə məşğuldur və elə oradaca yaşayır. Qızı haqqında çox danışmaq istəmədiyini deyən Rəmzi bəy Ebrunun onu heç vaxt axtarmadığını deyib: "Nəvəm var, amma qızım olmadığı üçün nəvəmi də görə bilmirəm. Ən çox onu görmək istərdim"- deyib. Balaca 20 kv. metrlik yerdə yaşayan R. Gündəşin bu həyatda ən sadiq dostunun onunla birlikdə yaşayan pişiyinin olduğunu deyib və bunları əlavə edib: "Mən şərəfsiz bir insan olsaydım, indi dəbdəbəli villada yaşayardım. Şərəfim olduğu üçün belə haldayam. Dilənçi deyiləm. 70 yaşıma çatmışam, amma hələ də təqaüd ala bilmirəm, bunun üçün pul ödəməliyəm, ödəyə bilmirəm. Acından ölərəm, amma kiminsə qapısına gedib, pul istəmərəm. Utanmasaydım, gedib Bülənt Ersoydan pul istəyərdim, amma Ebrudan heç vaxt". Qeyd edək ki, sənətçiyə yaxın olan ailədən bildirilib ki, Ebru atası üçün Bakırköydə ev alıb və hər ay pul göndərir. Buna baxmayaraq, Rəmzi Gündəş hər dəfə bu yardımı geri qaytarıb. Ebru Gündəş həmin xəbərlə bağlı jurnalistlərə açıqlamasında atasının alkoqolizmdən əziyyət çəkdiyini və bu üzdən də yaddaşı ilə bağlı problemlərinin meydana gəldiyini deyib. "Atam alkoqolizmdən əziyyət çəkir. Yaddaşı ilə bağlı ciddi problemləri var. Bəzən görüşəndə məni belə tanımır. Ona hər ay müəyyən məbləğdə pul göndərirəm. Bunu sübut etmək üçün qəbzləri də göstərə bilərəm. Üstəlik, onun üçün mənzil də almışam. Amma atam həmin evdə yaşamaqdan imtina edib. İşlədiyi dükanda rahat olduğunu və orada özünü daha xoşbəxt hiss etdiyini deyir. Onu müalicə etmək üçün dəfələrlə xüsusi klinikalara aparmışam. amma bir nəticə verməyib", - deyə müğənni söyləyib. Cazibədarlıq sirləri Cazibədar müğənni Ebru Gündəş gözəlliyini qorumaq üçün əlindən gələni edir. Son dövrdə Ebru inanılmaz dəyişikliyi ilə hər kəsi özünə heyran qoyur. O, gözəlliyi sayəsində heyran baxışları öz üzərinə çəkməyi bacarır. Lakin bu gözəlliyi heç də Allahın bəxş etdiyi təbii gözəllik deyil. Belə ki, Ebru Gündeş üzündəki qüsurlardan xilas olmaq üçün illər öncə burnunu əməliyyat etdirib, dişlərini düzəltdirib. Deyilənlərə görə, yanaqlarına, gözlərinin altına slikon qoydurub. Özünü başdan ayağa yaradan sənətçi dodaqlarına da dolğu vurdurmağı yaddan çıxartmayıb. Ebru Gündəşin daha gənc görünməsinin sirri əslində düzgün makiyajla bağlıdır. Məşhur sənətçinin vizajistləri Ebrunun üz cizgilərini yaxşı bilirlər və çox peşəkar makiyaj edirlər. Ebru Gündeş dodaqlarında canlı rəngləri, gözlərində isə quyruqlu layner çəkməyi sevir. "Təbii tərkibli qulluq məhsulları istifadə edirəm. Limonun suyunu sıxdıqdan sonra qalan lifli qisimini bədənimə sürtürəm, beləliklə dərim canlı və parlaq olur. Hamam duzundan istifadə etməyi sevirəm. Xüsusilə dəniz duzu ilə qoxulu yağları qarışdırıram.Yasəmən, portağal, badam, lavanda və jojoba yağlarını daha çox sevirəm və dərim üçün daha faydalı olduğunu düşünürəm. Həftədə 1 dəfə pilinq edirəm. Bu, həm dərimin, həm də bədənimin ölü dərilərdən təmizlənməsini təmin edir. Çoxlu su içməyə diqqət edirəm. Doğumdan sonrakı çəkimi itirməkdə rol oynayan ən böyük faktor sudur. Hər gün 4 litrə yaxın su içirəm. Süfrəmdən qaynadılmış tərəvəzləri əsla əskik etmirəm. Axşamları yüngül qidalanıram. Qüsursuz görüntümü axşam yeməyi yerinə meyvələrə borcluyam". Stili haqqında Bahalı paltarlara səhnəyə olan hörmətindən dolayı böyük pullar xərclədiyini deyir. O, müsahibələrinin birində bunu etiraf edib: "Paltar bir az da məcburiyyətdir. Gördüyümüz işə qayğı və hörmət əlaməti olaraq dəbdəbəli geyinməliyik. Mən mahnımı oxuyarkən tamaşaçını elə ovsunlayıram ki, inanın, orada üzərimdə necə bir paltar olmasının heç bir əhəmiyyəti qalmır. Amma əsas səhnə şousudur. Yəni, səs olmadan sadəcə şou bir az çılpaq görünür. Hamısı bir-birini tamamlayanda isə fövqəladə görünür". Geri dön |