Ana Sayfa > Siyasət / Özəl > Son sözü xalq deyəcək

Son sözü xalq deyəcək


28-12-2023, 10:04. Yazar: sevinc1
Son sözü xalq deyəcək

2003-cü ildən keçən müddət ərzində Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, istənilən istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev siyasi hakimiyyətdə olduğu 20 il ərzində Azərbaycan Respublikasını təməl dövlətçilik prinsipləri zəminində və ardıcıl yaradıcı fəaliyyət əsasında yenidən qurub, sürətlə və hərtərəfli şəkildə inkişaf etdirərək yeni mərhələyə çatdırmağın mümkünlüyünü qəti şəkildə isbat etmişdir. Keçən dövr ərzində aparılmış məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan möhkəm ictimai-siyasi sabitliyə, inkişaf etmiş və modernləşdirilmiş iqtisadiyyata, güclü hərbi-sənaye kompleksinə malik olan qüdrətli dövlət səviyyəsinə çatdırılmışdır.
Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində də keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub.
Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib.
Cənab İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycanın bu illər ərzindəki ən böyük uğuru müstəqillik yolundan dönməməsindən ibarətdir: “Müstəqillik sadəcə olaraq, dövlət atributları deyildir. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük olmayan ölkələr üçün bu, daha aktualdır. Xüsusilə, böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaqdır. Bizim təcrübəmiz onu göstərir ki, bu, mümkündür”.
Bu gün hərtərəfli inkişaf edən, dünyada öz sözü və çəkisi olan qalib ölkə - Azərbaycan İlham Əliyevin əsəridir. Son 18 ildə regionda həyata keçirilən bütün qlobal layihələrdə Azərbaycanın, müdrik Prezidentimizin imzası var. Türkiyə və Azərbaycanı, Mərkəzi Asiya və Çini birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, yeddi ölkəni əhatə edən, dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi layihəsini qeyd etmək kifayətdir. Bu layihə çərçivəsində Azərbaycan qazının Avropaya çatdırılması müasir neft-qaz epopeyamızın ən parlaq fəslidir.
İlham Əliyev “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi. O gənclik, məhz İlham Əliyevin hakimiyyət dövründə formalaşan vətənpərvər və hərbi biliklərə, bacarıqlara yiyələnmiş yeni yaş nəslinin nümayəndələri Qarabağı düşmən tapdağından azad etdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan “əminliyi” darmadağın etdi. İlham Əliyevin fiziki və siyasi mənada çəkdiyi bütün yollar Qarabağa, Qarabağın azadlığına aparırdı. Prezidentin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması!
Bu gün Azərbaycan ordusunun 44 günlük savaşda tətbiq etdiyi taktika və strategiya dünyanın ən aparıcı hərbi akademiyaları tərəfindən öyrənilir. Fəqət Azərbaycanı arxitekturası çökmüş beynəlxalq münasibətlər sistemində qətiyyətli siyasi mərkəzə çevirən təkcə Cənubi Qafqazdakı hərbi qüdrəti deyil, ölkəmizin beynəlxalq nüfuzunun artması, eyni zamanda, “yumşaq güc amili”nə bağlıdır.
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi olub.
“Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq”-deyən cənab İlham Əliyev cari ilin 19 sentyabrında keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edərək ilk dəfə Xankəndində üçrəngli bayrağımız dalğalandıdı.
Məhz Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Təbii resurslardan düzgün istifadə edilməsi nəticəsində ölkəmiz maliyyə imkanlarını genişləndirib. Bütün sahələr üzrə dinamik inkişaf göstəricilərinə nail olan Azərbaycan qarşıya çıxan maneələri aradan qaldırmaq gücündədir. Bu səbəbdən, respublikamız ən çətin vaxtlarda da kənar yardımlara ehtiyac hiss etmir. Bütün dünyanı iqtisadi böhran bürüdüyü zamanda Azərbaycan ciddi zərərə məruz qalmayan azsaylı ölkələrdən biri oldu. Kapital imkanları genişlənən ölkəmiz nəinki kənar yardımlara ehtiyac duymur, hətta özü də donor ölkə kimi çıxış edir. Bir sözlə, Azərbaycan, sözün əsl mənasında, özünü təmin edən dövlətdir.
Bu tarixiZəfərdən sonra Azərbaycan inkişafın yeni mərhələsinə qədəmqoyub. başladı, Bu mərhələnin memarı da Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrilmiş İlham Əliyevdir. Xalq 7 fevral seçkilərində bir daha İlham Əliyevin memarı olduğu yeni mərhələni başa çatdırmaq üçün öz sözünü deyəcəkdir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri


Geri dön