Ana Sayfa > İdman > Xankəndidəki hakim:
Xankəndidəki hakim:27-12-2023, 16:03. Yazar: sevinc1 |
"Bu, həyatımın ən vacib matçı idi". aia.az xəbər verir ki, bunu Xankəndi şəhər stadionunda "Qarabağ" və MOİK komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununu idarə etmiş baş hakim Əli Əliyev Peşəkar Futbol Liqasının mətbuat xidmətinə açıqlamasında deyib. Referi işğaldan azad olunmuş torpaqlarda ilk qarşılaşmanın hakimi olduğu üçün qürur hissi keçirdiyini bildirib. Vətən müharibəsi iştirakçısı həm döyüşlərdə ədaləti bərpa etməyə çalışdıqlarını, həm də yaşıl meydanlarda ədaləti qoruduqlarını söyləyib: "Bununla fəxr edirəm. Dövlətimə və millətimə minnətdaram. Müharibədə də bizi çox dəstəklədilər. Təyinat gələndə çox qürurlandım. Atmosfer çox gözəl idi. İnsanlar da "şəhidlər ölməz, vətən bölünməz" şüarı səsləndirirdilər. Döyüşçü kimi orada hisslər tam başqa idi. Fikrimiz irəli getmək və torpaqlarımızı azad etmək idi. Hakim kimi də əziyyətimizin bəhrəsini gördük. Çox sevinirdik". Qeyd edək ki, Xankəndi şəhər stadionundakı qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. aia.az Geri dön |