Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan Fransaya nota verdi:

Azərbaycan Fransaya nota verdi:


26-12-2023, 15:27. Yazar: sevinc1
Azərbaycan Fransaya nota verdi:

Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə aia.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

"Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib", - deyə XİN-in məlumatında vurğulanır.

aia.az
Geri dön