Ana Sayfa > Parlament / Aia TV / Karusel > “Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi4-09-2015, 14:00. Yazar: admin |
Zəlzələ ilə əlaqədar. Bu gün Şəkidə baş verən zəlzələ ilə əlaqədar olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları”-nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmmədov bildirib. “İnfrastruktur Departamentinin kollektivləri yollarda, körpülərdə, stansiyalarda yol, enerji təchizatı, işarəvermə və rabitə sahələrinin zəlzələdən ziyan görüb-görməməsini yoxlayırlar” -deyə, o bildirib. QSC-dən bildirilib ki, mütəmadi yoxlamalar xırda təkanlar dayanana kimi davam edəcək. Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verildiyi kimi, bu gün saat 09.49-da Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bala, respublikanın ətraf rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ 13 km dərinlikdə baş verib. Geri dön |