Ana Sayfa > Özəl > Gəncədə yeni sənaye zonası yaradılacaq

Gəncədə yeni sənaye zonası yaradılacaq


25-12-2023, 15:49. Yazar: sevinc1
Gəncədə yeni sənaye zonası yaradılacaq

"Gəncədə yeni sənaye zonası açılacaq".
aia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib. Nazirin sözlərinə görə, indiki dövrdə Azərbaycan üçün fiskal gəlir əsas hədəf deyil, başlıca məqsəd iqtisadiyyatı şaxələndirmək, ölkənin sənaye potensialını artırmaq, əsas meyar istehsal edilən məhsulun ixracıdır.
Ölkədə yeni sənaye zonalarının yaradıldığını, burada vergi və digər güzəştlərin nəzərdə tutulduğunu qeyd edən M.Cabbarov yaxın gələcəkdə Gəncə zonasında yeni sənaye zonasının yaradılmasının planlaşdırıldığını bildirib.
Qeyd edək ki, Gəncədəki universitet və institutların da bu işə cəlb olunması texnoparkın yaradılmasını sürətləndirəcək. Texnoparkın yaradılması ilə universitetləri bitirmiş gənclər işlə təmin ediləcək. Həmçinin bu, elmi-tədqiqat institutların işinə də böyük kömək olacaq. Ümumulikdə bölgədə xeyli sayda yeni iş yerinin yaradılması mümkün olacaq.
Xatırladaq ki, Azərbaycanda texnoparkların fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli Fərmanı ilə təsdiq edilmiş "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" ilə tənzimlənir. "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də texnoparkın yaradılması, onun fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi, gəlirləri, rezidentlərin fəaliyyəti, torpaq sahələrindən istifadə və digər məsələlər haqqında müddəalar öz əksini tapıb.

Azər Tağızadə
Geri dön