Ana Sayfa > Ölkə > İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC ilə bağlı sərəncam imzaladı
İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC ilə bağlı sərəncam imzaladı25-12-2023, 11:17. Yazar: sevinc1 |
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin: 1.1.1. dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsvirini, spesifikasiyasını, nümunəsini və verilməsi qaydasını; 1.1.2. dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi qaydasını; 1.1.3. dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısını, onların geyim formasını, fərqlənmə nişanlarının təsvirini və daşınması qaydasını; 1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanlarının təşkilini və keçirilməsini bu Sərəncamın 1.1.2-ci yarımbəndində nəzərdə tutulan qaydaya uyğun olaraq təmin etsin. aia.az Geri dön |