Ana Sayfa > Dünya > Yanvarın 3-də Yer Günəşə maksimum yaxınlaşacaq
Yanvarın 3-də Yer Günəşə maksimum yaxınlaşacaq25-12-2023, 09:28. Yazar: sevinc1 |
Yanvarın 3-də Yerin orbitinə ən yaxın nöqtədə olacağına görə Günəşin görünən diametri 2024-cü ildə ən böyük olacaq. aia.az xəbər verir ki, bu barədə Moskva Planetariumunun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Günəş diski iyulun əvvəli ilə müqayisədə 3% daha böyük görünəcək. Həmin gün planetlər arasındakı məsafə 147 098 988 km, və ya 0,983296 astronomik vahid olacaq. aia.az Geri dön |