Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-2 > Kamaləddin Qafarov: “Bu futbol matçı mühüm siyasi əhəmiyyət daşıyan hadisədir”

Kamaləddin Qafarov: “Bu futbol matçı mühüm siyasi əhəmiyyət daşıyan hadisədir”


23-12-2023, 09:43. Yazar: sevinc1
Kamaləddin Qafarov: “Bu futbol matçı mühüm siyasi əhəmiyyət daşıyan hadisədir”

“Cari il dekabrın 21-də Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilən ilk futbol matçı olmaqla, bu oyun bütün xalqımızın hədsiz sevincinə səbəb olmuş tarixi hadisə idi”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat bildirib ki, həmin oyunda qəhrəman şəhidlərimizin övladlarının və ailə üzvlərinin də iştirak etməsi şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsidir.” Ölkə Prezidenti cənab İlham Əliyev oyundan əvvəl Xankəndi stadionunda etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, bu futbol matçının qədim Azərbaycan diyarı olan Xankəndidə keçirilməsinin çox böyük siyasi mənası var. Torpaqlarımızın Ermənistan tərəfindən işğalda saxlandığı 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar və bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Ermənistan və onun havadarları elə bilirdilər ki, bu vəziyyət əbədi davam edəcək. Lakin Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır.”

Deputat daha sonra xalqımızın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin bütün dünya azərbaycanlıları üçün daimi qürur mənbəyi olacağını vurğulayaraq deyib: “Üç il bundan əvvəl Ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Zəfər qazanaraq Şanlı Ordumuz torpaqlarımızın otuz illik işğalına son qoydu. Bu parlaq Qələbə bütün dünya azərbaycanlılarının qəlbində əbədi yaşayacaq bir tarix, hamımızın tükənməyən qürur mənbəyi oldu. Artıq bu ilin sentyabr ayının 19-da keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində isə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Oktyabr ayının 15-də cənab Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə və Ağdərədə üçrəngli bayrağımızı qaldırdı. Bu gün bütün Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan Bayrağı qürurla dalğalanır. Azərbaycan işğaldan azad edilmiş bütün ərazilərində geniş quruculuq-abadlıq işləri aparır. Dekabrın 21-də ilk futbol matçının keçirildiyi Xankəndi stadionu da cəmi iki ay ərzində əsaslı təmir olunmuş, demək olar ki, yenidən inşa edilmişdir. Möhtərəm dövlət başçımızın dediyi kimi, separatizm simvolikasını əks etdirən bütün yazılar da tarixin zibilxanasına atılmışdır. Qarabağ Azərbaycandır və bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaqdır” .
Geri dön