Ana Sayfa > Siyasət / Özəl > Mənasız boykot
Mənasız boykot22-12-2023, 18:03. Yazar: sevinc1 |
Fevralın 7-də növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı qərara özünü real müxalifət adlandıran bir sıra siyasi partiyaların münasibəti çoxdandır ki, özünəməxsus və ənənvi olub. Onlar bu seçkini boykot etdiklərini açıqlayıblar. Radikal müxalifətin bu qərarını hər nə qədər müxtəlif bəhanələrlə əsaslandırmağa çalışsalar da, əslində ciddi səbəbləri var. Əsas səbəblərdən biri radikal müxalifətin mövsümi fəaliyyətidir. Yalnız seçkidən seçkiyə gündəmə gəlib saman çöpü kimi parlayan müxalifət, əslində seçkiyə hazır deyil. İkinci səbəb isə onların xalqdan çoxdan aralı düşüb sosial şəbəklərin söyüş partiyasına çevrilmələridir. Halbuki, müxalifətin əsas missiyası daimi siyasi gündəmdə olmaq, alternativ fikir, konsepsiya irəli sürmək, bu və ya digər formada proseslərdə iştirak etməkdir. Əslində bütün dünyada seçkilərin keçirildiyi günün səhərisi növbəti seçkiyə hazırlıq başlayır: uduzan partiyalar seçkiləri təhlil edir, səhvlərini saf-çürük edir, islahatlar aparır və s. Faktiki olaraq iki seçki arasında olan 5 illik müddətdə müxalifətin başqa bir işi olmayıb. Belə bir sual ortaya çıxır. Əgər siz müxalifətdə olduğunuz müddətdə seçkiyə hazırlaşmırdınızsa, bəs onda nə işlə məğul idiniz?! Boykot qərarının əsasında duran ikinci amil sosial bazanın olmamasıdır. Seçki ciddi bir siyasi institutdur. Sadəcə bəyanat verib, vaxtaşırı qarayaxma və böhtan dolu çıxışlarla bu prosesin yalnız formal iştirakçısı olmaq olar. Ciddi siyasi mübarizə və rəqabət aparmaq üçünsə sosial baza gərkdir ki, bu da müxalifətdə yoxdur. Müsavat və AXCP-nin özü də yaxşı dərk edir ki, bu iş sosial şəbəkələrdə yaradılan süni aktivliyə bənzəmir, real dəstək lazımdır. Əslində xalq tərəfindən boykot edilmişlərin nəyi və niyə boykot etdikləri heç özlərinə də məlum deyildir. Bir siyasi partiya, özünü siyasətçi, siyasi xadim hesab edən şəxsin özünü realizə etmək üçün seçkidən daha gözəl meydan ola bilməz. Hətta qalib gəlməsə belə, şəxsi və ya partiyanın hansı istiqamətdə axsadığı, niyə səs ala bilməməsi seçki mühitində ortaya çıxır. Partiya da bu boşluqları aradan qaldırır və növbəti seçkiyə hazırlaşır. Eyni zamanda seçki mühitində onlar tribuna qazanmış olurlar ki, insanlarla, öz elektoratları ilə, sosial bazaları ilə işləyə, mesajlarını cəmiyyətə çatdıra bilsinlər. Yəni belə bir mühitdən könüllü şəkildə imtina etmək sadəcə özünəqəsddir. Bu həm də onun göstəricisidir ki, Azərbaycanın radikal müxalifəti xalqın taleyi ilə bağlı məsuliyyəti bölüşmək gücündə deyil. Əslində isə radikal müxalifətin bu qərarının arxasında dayanan onların öz gücünə inamsızlığı, elektoratın olmaması, xalqın dəstəyinin sıfır səviyyəsinə enməsidir. Bunu malalamaq üçün yeganə çıxış yolu da mənasız boykot çağırışlarıdır. Ona görə də radikal müxalifət növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçməməli, nə qədər gec deyilsə onun-bunun əlində alət olmaqdan biryolluq əl çəkməlidir. Natiq Quluzadə YAP Zəngilan rayon təşkilatının sədri Geri dön |