Ana Sayfa > Gündəm > AzTV-nin səhmləri ilə bağlı qərarı Mərkəzi Bank verəcək
AzTV-nin səhmləri ilə bağlı qərarı Mərkəzi Bank verəcək22-12-2023, 17:26. Yazar: sevinc1 |
Nazirlər Kabineti 18 iyun 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) nizamnaməsində dəyişiklik edib. aia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, AzTV-nin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydalarını Azərbaycan Mərkəzi Bankı (AMB) müəyyən edəcək. İndiyə qədər bu məsələ ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətində idi. aia.az Geri dön |