Ana Sayfa > Siyasət / Özəl > Cənab Prezident İlham Əliyev son 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirdi

Cənab Prezident İlham Əliyev son 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirdi


22-12-2023, 14:42. Yazar: sevinc1
Cənab Prezident İlham Əliyev son 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirdi

Dövlət başçısı İlham Əliyev Azərbaycanı daha da qüdrətləndirdi, ordumuzu Qələbəyə hazırladı, «Biz birlikdə güclüyük!» çağırışı ilə birliyimizi, həmrəyliyimizi möhkəmləndirdi və bunların fonunda tarixi Zəfərə imza ataraq «Biz bu Qələbəyə layiqik» söylədi
«Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.» Dövlət başçısı İlham Əliyev bu ilin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində belə bir əminliyi də ifadə etdi ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
son 20 ildə nəyi dedi etdi, hansı vədi verdi onu zamanında və yüksək səviyyədə yerinə yetirdi. Cənab İlham Əliyevin tarixi Zəfərimizdən əvvəl çıxışlarına, müsahibələrinə diqqət yetirsək bu inamın ifadə edildiyini görərik- Tezliklə üçrəngli Bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Bu əminliyə əsas verən təbii ki, təbliğatımızın real faktlara, tarixi həqiqətlərə söykənməsi idi. Eyni zamanda, dövlətimizin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə uğurla inkişaf edərək təcrübəsi nümunə göstərilir. Ölkəmizin iqtisadi imkanlarının genişlənməsi fonunda ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olundu. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Hazırda Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.
Bu gün Azərbaycan qalib ölkə kimi dünyanın diqqətindədir. Bu qalibiyyəti xalqımıza qazandıran Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevdir. Zəfər zirvəsindən son 20 ilə diqqət yetirsək Azərbaycanın ərazi bütövlüyünün bərpasına, işğal altında olan torpaqlarımızın azad edilməsinə hazırlıq işlərinin görüldüyünü görərik. Azərbaycan iqtisadi qüdrətini artırdı və bu tərəqqi bütün sahələrdə uğurlu addımları şərtləndirdi. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Prezidentin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı Fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bu, bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb.
Atılan bütün addımların, icra edilən hər bir layihənin, qəbul olunan qərarların bir məqsədi var idi- Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını bildirərək sona çatdıra bilmədiyi işlərin xalqın dəstəyi ilə Onun həyata keçirəcəyinə əminliyini ifadə etmişdir. Son 20 ilin uğurları dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu inamı doğrultduğunu, Heydər Əliyev siyasətinə sadiqliyini, hər bir vədini konkret əməli işi ilə təsdiqlədiyini nümayiş etdirdi. Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə bir daha birliyimizi, həmrəyliyimizi dünyaya nümayiş etdirdi. «Dəmir yumruq» Vətən müharibəsinin rəmzinə çevrildi. Bu yumruq, eyni zamanda, Azərbaycanın gücünün, qüdrətinin təqdimatı idi. Ölkəmiz son 20 ildə hər bir sahədə uğurlu addımları ilə diqqətdə oldu. Beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilən Azərbaycan sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi.
Bu gün dünya Azərbaycan-Türkiyə qardaşlığının fonunda türk dünyasının birliyinin şahidinə çevrilib. 44 günlük İkinci Qarabağ müharibəsində «Azərbaycan tək deyil» mesajını dünyaya çatdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sona qədər ölkəmizə siyasi və mənəvi dəstəyini əsirgəmədi. Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada imzaladıqları Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bəyannaməyə əsasən, tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan ilə Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcək və BMT, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər. Azərbaycan və Türkiyə dünyaya qardaşlığın nümunəsini göstərirlər. Hər zaman bir yerdə olan iki dost, qardaş ölkə türk dünyasının birliyinə davamlı töhfələri ilə diqqətdədirlər. 2021-ci ildə Azərbaycan Prezidentinin, 2022-ci ildə isə Türkiyə Prezidentinin Türk Dünyasının Ali Ordeninə layiq görülməsi də bunun bariz nümunəsidir. Ölkəmizin Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə atıdığı addımların, irəli sürdüyü təşəbbüslərin xronologiyasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev daim bu çağırışı edirdi ki, biz birlikdə güclüyük.
ütün bunlara baxmayaraq Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərini uğurla davam etdirir. 3 ildə görülən işlərin xronologiyasını qısa təqdim etmək mümkün deyil. Onların miqyası olduqca genişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan dünyaya təkmil dirçəliş modelini təqdim edir. Bu işlərin əsasında ölkəmizin şəhərsalma təcrübəsi də diqqətdədir. Ağdam və Zəngilan Azərbaycan Milli Şəhərsalma Forumlarına ev sahibliyi etməklə ermənilərin bu ərazilərimizdə törətdikləri dağıntıları, eyni zamanda, Azərbaycan xalqının sıfırdan bu torpaqlarda həyata keçirdiyi quruculuq işlərini dünya ictimaiyyətinə çatdırdı.
Reallıq budur ki, tarixi Zəfərimiz bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişdi və region ölkələrinin inkişafı üçün yeni imkanlar açıldı. Münaqişənin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü

Geri dön