Ana Sayfa > Cəmiyyət > Bakıda "Türmə"yə xurmanın içində narkotika keçirmək istədilər

Bakıda "Türmə"yə xurmanın içində narkotika keçirmək istədilər


22-09-2016, 12:50. Yazar: admin

Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1991-ci il təvəllüdlü Emin Şahin oğlu Əsgərova qardaşı Əsgərin gətirdiyi sovqata baxış keçirilərkən 2 ədəd xurma meyvəsinin içərisində gizlədilmiş 1 büküm, ümumi çəkisi 1,87 qram narkotik maddə marixuana və 2 ədəd xurma meyvəsinin içərisində 10 ədəd mənşəyi məlum olmayan həblər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Emin Əsgərov AR CM-nin 177.2.1; 177.2.2; 177.2.3; 185.2.1; 185.2.2; 234.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilib.
Geri dön