Ana Sayfa > Seçki 2024 > Dəllər kəndinin qazlaşmasını istəyən sakinlər “Açıq mikrofon”da

Dəllər kəndinin qazlaşmasını istəyən sakinlər “Açıq mikrofon”da


21-12-2023, 16:49. Yazar: sevinc1
Dəllər kəndinin qazlaşmasını istəyən sakinlər “Açıq mikrofon”da

Həftənin sayca 4-cü “Açıq mikrofon” aksiyası Saatlı rayonunda baş tutub. Rayonun Əlisoltanlı kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda ümumilikdə 14 müraciət ünvanlanıb. Aksiya keçirilən kəndin sakinlərindən 6 nəfər mikrofon önünə çıxıb. Abonentlərin müraciətləri qazın təzyiqinin bəzi hallarda zəif olmasından, qaz sayğacının dövri yoxlamadan keçirilməsindən və debitor borcun araşdırılmasından ibarət olub. Saatlı rayonunun Dəllər kəndindən qatılan 4 nəfər isə yaşadığı kəndin qazlaşdırılmasını istəyib. Salyan RQİİ-nin rəhbər şəxsləri vətəndaşların müraciətləri ilə bağlı ətraflı məlumat verdikdən sonra aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyat aparıblar.
Geri dön