Ana Sayfa > Özəl > PREZİDENT İLHAM ƏLİYEV: BİZIM SİYASƏTİMİZİN MƏRKƏZİNDƏ AZƏRBAYCAN VƏTƏNDAŞI DAYANIR
PREZİDENT İLHAM ƏLİYEV: BİZIM SİYASƏTİMİZİN MƏRKƏZİNDƏ AZƏRBAYCAN VƏTƏNDAŞI DAYANIR21-12-2023, 16:19. Yazar: sevinc1 |
Azərbaycanda dinamik iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır Sosial dövlət olan Azərbaycanda vətəndaşların maraqları yüksək səviyyədə təmin edilir. Ölkə inkişaf etdikcə, iqtisadi-maliyyə imkanları genişləndikcə paralel şəkildə insanların əmək bazarına inteqrasiya və gəlir imkanları da artır, onların rahatlıqlarının, sosial ehtiyaclarının daha dolğun təmin edilməsi üçün genişmiqyaslı layihələr reallaşdırılır. Prezident İlham Əliyev martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə keçirilən ümumxalq şənliyində söylədiyi nitqində ölkəmizdə həyata keçirilən siyasətin sosial mahiyyətinə diqqət çəkərək vurğulayıb: “Bizim uğurlu iqtisadi islahatlarımız çox ciddi sosial siyasətlə tamamlanır. Həmişə demişik ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Maaşların, pensiyaların davamlı olaraq artırılması ölkədə həyata keçirilən sosial siyasətin əlamətidir Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmizdə insanların gəlir imkanları getdikcə artır, həmçinin cəmiyyətin bütün təbəqələri dövlət dəstəyindən bəhrələnirlər. Ötən 15 ildə ölkəmizdə maaşların beş, pensiyaların səkkiz dəfədən çox artması bunun bariz ifadəsidir. Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Respublikada bütün sosial proqramlar uğurla yerinə yetirilir. Bu məqamda vurğulamaq yerinə düşər ki, təkcə 2017-ci ildə sosial sahənin prioritet qaydada maliyyələşdirilməsi məqsədilə 5 milyard 52 milyon manat və ya dövlət büdcəsi xərclərinin 28,7 faizi həcmində vəsait yönəldilib. İl ərzində ölkədə müavinətlərin ödənilməsinə, həmçinin bir sıra digər istiqamətlərə yönəldilən sosial xərclər məqsədyönlü şəkildə artırılıb. Respublikamızda 2017-ci ildə 483 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 60 min nəfərə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Bu məqsədlərə sərf edilmiş 371 milyon manat vəsait 2016-cı ilin müvafiq göstəricisindən 9,3 faiz çoxdur. Ötən il sosial təminat sistemində əhəmiyyətli dəyişikliklər baş verib. Belə ki, respublikamızda 2017-ci ildə əmək pensiyaları haqqında qanunvericiliyə edilən dəyişikliklər qüvvəyə minib və yeni pensiya sisteminə keçilib. Bu və digər tədbirlər əhalinin, ələlxüsus da aztəminatlı insanların gəlir imkanlarının artmasına, sosial təminatının möhkəmlənməsinə xidmət edir. İnsanların gəlir imkanlarının artırılmasına və bu əsasda yoxsulluğun aşağı səviyyədə saxlanmasına hesablanan tədbirlər cari ilin əvvəlindən də diqqət mərkəzində saxlanılır. Belə ki, 2018-ci ilin əvvəlindən bəri dövlət başçısının imzaladığı sərəncamlara əsasən bir sıra kateqoriyadan olan insanların əmək haqları, pensiyaları, sosial müavinətləri artırılıb. Prezident İlham Əliyev bunu ölkədə aparılan siyasətin əlaməti kimi səciyyələndirib: “Bu il büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqı 10 faiz artmışdır. Əgər biz dünya xəritəsinə baxsaq, görərik ki, indiki dövrdə nadir ölkələrdə maaşlar artır. Biz imkan daxilində bunu edirik və bundan sonra da edəcəyik. Bir daha demək istəyirəm ki, iqtisadi göstəricilərimiz müsbətə doğru getməyə başlayandan dərhal sonra biz, ilk növbədə, sosial məsələlərin həllinə o maliyyəni ayırdıq. Maaşların, müavinətlərin, pensiyaların artırılmasına bu il büdcədən yüz milyonlarla manat vəsait ayrılır. Bu, bizim niyyətimizi, siyasətimizi göstərir”. Yeni iş yerlərinin yaradılması respublikada reallaşdırılan dərinməzmunlu sosial siyasətin leytmotivini təşkil edir Yeni iş yerlərinin yaradılması respublikamızda reallaşdırılan dərinməzmunlu sosial siyasətin leytmotivini təşkil edir. Öz növbəsində, Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi müsbət nəticə verir. Son 15 ildə respublika üzrə 1,9 milyon yeni iş yeri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkədə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur. Ölkəmizdə iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Qarşıya belə bir vəzifə qoyulub ki, ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “İş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır. İndi dünyada texnoloji inkişafın çox sürətlə getdiyini və bunun iş yerlərinin ixtisarına gətirib çıxardığını nəzərə alsaq, biz bu sahəyə çox böyük diqqət verməliyik ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun. Necə ki, görülən işlər nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Biz birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idi, indi isə 5,4 faizdir”. Ölkədə insanların layiqli iş yerləri ilə təmin edilməsi istiqamətində həyata keçirilən səmərəli tədbirlər sırasında özünüməşğulluq proqramının reallaşdırılmasının önəmini xüsusi qeyd edə bilərik. Bu proqram 7 aprel 2016-cı il tarixli müvafiq Sərəncam əsasında 2017-ci ilin əvvəlindən reallaşdırılır. Proqrama uyğun olaraq aztəminatlı insanlar müvafiq dövlət dəstəyi göstərilməklə layiqli əmək fəaliyyətinə cəlb edilirlər. Qeyd edək ki, özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilib. Bütün ölkə boyu yaradılan müasir sosial infrastruktur insanların həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynayır Azərbaycanda sosial sahənin dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilməsi həmçinin bütün ölkə boyu sosial infrastruktur quruculuğunda özünü əyani şəkildə təcəssüm etdirir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində sosial infrastruktur quruculuğunun ölkədə aparılan siyasətin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıraraq deyib: “Sosial infrastruktur layihələri, əlbəttə ki, çox böyük əhəmiyyət daşıyır və bizim siyasətimizin istiqamətini əks etdirir”. Qeyd edək ki, ötən 15 ildə bütün ölkə boyu 642 tibb ocağı tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Ən yüksək standartlar səviyyəsində qurulan və müasir avadanlıqla təchiz edilən bu tibb ocaqlarında müxtəlif xəstəlikləri müayinə və müalicə etmək mümkündür. Regionlarda istifadəyə verilən yeni tibb ocaqlarında əhaliyə yüksəkkeyfiyyətli səhiyyə xidməti göstərilir. Yeni məktəblərin tikintisinin və yaxud əsaslı şəkildə yenidən qurulmasının intensiv hal alması da ölkəmizdə sosial infrastruktur quruculuğuna yaxşı nümunədir. Son 14 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Tumasov Köçəri YAP Cəbrayıl rayon təşkilatının partiya fəalı. Geri dön |