Ana Sayfa > Özəl / Təhsil > Şəmkir rayonunda "Məktəblilərin əsas həyati bacarıqları" layihəsinə start verildi
Şəmkir rayonunda "Məktəblilərin əsas həyati bacarıqları" layihəsinə start verildi21-12-2023, 11:31. Yazar: sevinc1 |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində Şəmkir rayonu Zəyəm-Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbin müəllimi Abdürrəhmanov Tacəddin İlqar oğlu tərəfindən təqdim edilən və müsabiqədə qalib olan "Məktəblilərin əsas həyati bacarıqları" layihəsinə start verildi. Layihə çərçivəsində ilk təlim 19 dekabr 2023-cü il tarixində Şəmkir rayonu Zəyəm-Cırdaxan kənd Coşqun Abdıyev adına tam orta məktəbində seçilən 20 nəfər təhsilalan üçün icra edildi. İlk təlim günündə təlimçi Hüseynxan Hacızadə iştirakçılarla tanış oldu, təlim qaydaları və proqramın girişini təqdim etdi, ilkin qiymətləndirmə apardı və ümumi proqramın qısa xülasəsini verdi. Layihənin məqsədi 10-16 yaş arası Şəmkir rayon Zəyəm-Cırdaxan kənd 2 nömrəli tam orta məktəb şagirdlərinin özünü tanıma, fərdi bacarıqlar, düşünmə bacarıqları mövzularında keçiriləcək təlim kursu vasitəsilə fərdi və həyat bacarıqlarının inkişaf etdirilməsidir. 7 günlük təlim kursu müddətində 3 istiqamətdə - özünü tanıma (stresin idarə olunması, müsbət düşünmə, özünü qiymətləndirmə), fərdi bacarıqları (empatiya, dinləmə, mübahisələrin həlli, şəxslərarası münasibətlər) və düşünmə bacarıqları (məqsədin müəyyən edilməsi, qərar qəbuletmə, tənqidi və kreativ düşüncə, idarəetmə) mövzularını əhatə edən təlim kursu icra ediləcəkdir. Geri dön |