Ana Sayfa > Siyasət > Azərbaycan Respublikasının tam suverenliyinin memarı cənab Prezident İlham Əliyev
Azərbaycan Respublikasının tam suverenliyinin memarı cənab Prezident İlham Əliyev21-12-2023, 09:59. Yazar: sevinc1 |
![]() Təməli ümummilli lider Heydər Əliyev tərfindən qoyulan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsində, dirçəlməsində, müstəqil, suveren dövlət kimi bərqərar olunmasında məhz Prezident İlham Əliyevin fəaliyyətləri danılmazdır. İlham Heydər oğlu Əliyev 1961-ci il 24 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Bundan sonra dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Qeyd edək ki, İlham Əliyev əmək fəaliyyətinə də elə ilk olaraq təhsil aldığı institutda müəllim kimi başlamışdır. 1991–1994-cü illərdə biznes sahəsində çalışmış və rəhbətlik fəaliyyəti ilə məşğul olmuşdur. 1994-cü ildən artıq Azərbaycan Dövlət Neft Şirkətində vitse-prezident və birinci vitse-prezident vəzifəsində çalışmışdır. İlham Əliyev 2003-cü ilədək bu sahədə çalışmışdır. İlham Əliyevin xüsusi diqqət yetirdiyi sahələrdən biri də idmandır. O, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İlham Əliyev hər zaman istənilən idman növünün Azərbaycanda inkişafına böyük diqqət yetirmiş, peşəkar idmançıların olması, onların rahat şəkildə fəaliyyət göstərməsi üçün xüsusi şərait yaratmış, müəyyən tədbirlər təşkil etmişdir. Heç şübhəsiz ki, bu da yetişən gənc nəsildə idmana maraq, həvəs oyatmış və bacarıqlı, səriştəli, peşəkar idmançıların yetişməsinə səbəb olmuşdur. Məhz bütün bu tədbirlər idmançılarımızın yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da Azərbaycanı layiqli şəkildə təmsil etmələri, bayrağımızı daim ucaltmaları üçün də atılmış addımdır. Hazırda qürurla deyə bilərik ki, ölkəmiz artıq idman sahəsində yüksək irəliləyişlər əldə etmiş, idmançılarımız dünyada təşkil olunmuş yarışlardan qalibiyyətlə geri qayıdır, o cümlədən, Azərbaycanda beynəlxalq səviyyədə idman yarışları da keçirilir. Bu həmçinin ölkəmizin dünyada tanınmasına səbəb olan amillərdən biridir. İlham Əliyevin idmana verdiyi töhfələr, əvəzsiz xidmətləri nəticəsində Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni və bir sıra mükafatlarla da təltif olunmuşdur. 1999-cu ildə İlham Əliyev Yeni Azərbaycan Partiyası sədrinin müavini olur. 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə partiyanın sədri seçilib. Hazırda üzvlərinin sayının çoxluğuna, fəaliyyətinə, göstərdiyi xidmətlərinə görə deyə bilərik ki, ölkənin əsas partiyası YAP-dır. Qeyd edək ki, sədrliyi dövründə İlham Əliyev partiyanın inkişafına diqqət göstərmiş, xalqın, üzvlərinin ümidlərini doğrultmaq yolunda tədbirlər görmüş, fəaliyyət sahələrini genişləndirmiş və daha yüksək uğurlar əldə olunmuşdur. Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin sayının çox olması insanların sevgisindən, inamından irəli gəlir. İlham Əliyev 2003-cü il 4 avqust tarixində Azərbaycan Respublikasının Baş naziri təyin edilir və həmin ilin 15 oktyabr tarixində Azərbaycanın prezidenti seçilir. Nəticədə, Azərbaycan dövlətinin siyasi, tarixi, iqtisadi, mədəni həyatında yeni dönəm başlayır. Azərbaycanın gələcək uğurları üçün tədbirlər görülür, istənilən sahədə inkişaf təmin olunması yolunda ciddi addımlar atılır. Ölkəmiz artıq müxtəlif təşkilatlara, beynəlxalq layihələrə qoşulmağa başlayır. Azərbaycanın qoşulduğu layihələr onun sürətli inkişafına səbəb olur. Azərbaycanın rəhbərlik etdiyi enerji, neft, qaz sahəsindəki layihələr təkcə ölkəmizin inkişafına səbəb olmur, həmçinin onun dünyada tanınmasına, digər ölkələr arasında öz sözünü deyən qüdrətli dövlətə çevrilməsinə səbəb olur. Qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan bu gün dövləti öz suverenliyini bərpa edən dövlətdir. 30 ilə yaxın Azərbaycan torpaqları düşmən işğalında qalmışdır. Amma bu işğal çox davam etmir. Beynəlxalq təşkilatların vasitəçiliyinə baxmayaraq məsələ öz həllin tapmır və düşmənin təxribatları hər gün daha da artırdı. Nəticədə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020- ci il sentyabrın 27-də Azərbycan öz torpaqlarını azad etmək üçün müharibəyə başladı. 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Azərbaycanın qəhrəman, igid oğulları işğal altında olan torpaqlarımızı öz qanı, canı bahasına düşmən tapdağından azad edir, düşmənə ağır zərbələr endirmiş oldular. Vətən müharibəsinin sonunda üçtərəfli bəyanat imzalanır. Bəyanatdakı müddəalara əsasən, ermənistan öz qoşunlarını torpaqlarımızdan çıxarmalı idi, amma düşmən yenə bəyanatın bu müddəasına məhəl qoymur, müxtəlif təxribatlar törədir və nəticədə 2023-cü il 19 sentyabr tarixində 23 saat davam edən antiterror əməliyyatına səbəb olur. Bu əməliyyat yenə də Azərbaycanın qələbəsi ilə yekunlaşdı, düşmən silahlıları ölkədən çıxarıldı, ölkəmizdəki separatizmin qarşısı alınmış oldu. Bu əməliyyat nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri tamamilə azad olundu. 30 ildən sonra nəhayət Azərbaycan öz suveren ərazisini bərpa edir, torpaqlarımızın hər qarışında Azərbaycan bayrağı dalğalanır. Əldə olunmuş bütün bu uğurlar məhz Prezident İlham Əliyevin yeritdiyi daxili, xarici siyasətin nəticəsidir ki, Azərbaycan yalnız öz ərazi bütövlüyünü təmin etmədi, həmçinin bütün dünyaya ölkəmizin gücünü, qüdrətini göstərmiş oldu. Dövlətimizin başçısı İlham Əliyevin 2022- ci il 11 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı Sərəncamı öz təsdiqini tapır. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə abadlıq, quruculuq işləri aparılır. Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biri məcburi köçkünlərin tezliklə öz doğma torpaqlarında məskunlaşmasını təmin etməkdir. Prezident İlham Əliyev bütün bu məsələlərin həll edilməsi üçün müxtəlif tədbirlər görür, sərəncam, fərmanlar imzalayır. Həmin ərazilərə gedərək quruculuq işləri ilə şəxsən özü maraqlanır və tez bir zamanda başa çatması üçün göstərişlər verir. Deyə bilərik ki, artıq qısa müddət keçməsinə baxmayaraq əhalinin bir qismi öz doğma yurduna qayıtmış və bu proses sürətlə davam edir. Bütün bu göstəricilər Azərbaycan Prezidentinin öz ölkəsinə, xalqına bağlılığından irəli gəlir. İlham Əliyev nəinki məcburi köçkünlərə, həmçinin dövlətimiz, vətənimizin varlığı, birliyi üçün canından keçən şəhid ailələrinə, qazilərimizə hər zaman dəstək olmuş, onların, ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. O cümlədən, şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün də davamlı işlər görülür. Ölkəmizin müstəqillikdən sonra qısa müddətdə əldə etdiyi uğurlar, nailiyyətlər məhz yüksək səviyyədə idarəçiliyin, uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada öz sözünü deyən və heç bir kənar təzyiqlərə baxmayaraq öz istədiyini yeridən, dünyada söz sahibi olan qalib dövlətdir. Fərid Mustafayev YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Geri dön |