Ana Sayfa > Özəl > Alonso İspaniyadakı kartinq trekində dövrə rekordu qırıb
Alonso İspaniyadakı kartinq trekində dövrə rekordu qırıb20-12-2023, 20:36. Yazar: sevinc1 |
![]() İkiqat dünya çempionu və Aston Martin komandasının sürücüsü, ispaniyalı Fernando Alonso mövsümlərarası fasilədə keçirdiyi əyləncədən danışıb.Alonso İspaniyanın Asturiya bölgəsində yerləşən şəxsi kartinq trekinə baş çəkib və məşq keçirib. “Məşq günü və dövrə rekordu. 2017-ci ildən davam... Burada keçirilən Avropa çempionatının vaxtına yaxınlaşmaq qeyri-mümkün görünürdü, amma bu gün belə oldu. Sağ olun”, - Alonso sosial şəbəkələrdə yazıb. Xatırladaq ki, 42 yaşlı Alonso son Formula 1 çempionatında 4-cü olub. Səkkiz dəfə podiuma yüksələn ispaniyalı Ferrari-dən Çarlz Leklerlə eyni xal toplasa da, bir sıra əlavə kriteriyalara görə öndə olub. aia.az Tərcümə şöbəsi Geri dön |