Ana Sayfa > Özəl > ABŞ, yaxın müttəfiqi Maduronu məhbuslar qarşılığında azad edir

ABŞ, yaxın müttəfiqi Maduronu məhbuslar qarşılığında azad edir


20-12-2023, 19:30. Yazar: sevinc1
ABŞ, yaxın müttəfiqi Maduronu məhbuslar qarşılığında azad edir



Ağ Evin prezidenti Co Baydenin administrasiyası ABŞ-dan olan məhbusların qarşılığında Venesuela prezidenti Nikolas Maduronun yaxın adamını azad edib. Bu barədə məlumatlı mənbəyə istinadən Associated Press məlumat yayıb.Nəşr qeyd edir ki, “Bayden administrasiyası amerikalı məhbuslar müqabilində Nikolas Maduronun yaxın adamını azad edib”.

Məqalədə bildirilir ki, ABŞ Venesuela ilə razılaşma çərçivəsində Venesuelada həbsdə olan ən azı on ABŞ vətəndaşının azadlığa buraxılması müqabilində diplomat Aleks Saabı azad edib. Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Venesuela prezidenti Nikolas Maduronun 2023-cü ilin sonuna qədər Rusiyaya rəsmi səfər etməyəcəyini, lakin onun ölkəyə səfərinin hələ də Kremlin gündəmində olduğunu bildirmişdi.

Noyabrın 16-da Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri İvan Gil Pinto Moskvaya gəlib və burada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb. O, həmçinin Madurodan Putinə salamlarını çatdırıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön