Ana Sayfa > Özəl > Brejnev Dnepropetrovsk şəhərinin fəxri vətəndaşı titulundan məhrum edilib
Brejnev Dnepropetrovsk şəhərinin fəxri vətəndaşı titulundan məhrum edilib20-12-2023, 19:27. Yazar: sevinc1 |
Ukraynanın Dnepropetrovsk hakimiyyəti Sov.İKP MK-nın baş katibi Leonid Brejnevi şəhərin fəxri vətəndaşı adından məhrum edib. Bu barədə Dnepropetrovsk şəhərinin meri Boris Filatov özünün Telegram kanalında məlumat verib.“Brejnev “Dneperin fəxri vətəndaşı” titulundan məhrum edilib. Biz şəhərin dekommunizasiyasını başa çatdıracağıq. Kimin nə deməsindən asılı olmayaraq,” o yazıb. Yazda Brejnev Kiyevin fəxri vətəndaşı titulundan da məhrum edilib. Xatırladaq ki, Ukrayna “dekommunizasiya” prosesinə hələ 2015-ci ildə müvafiq qanunun qəbulu ilə başlayıb. Söhbət Rusiya və SSRİ tarixi ilə bağlı abidələrə, eləcə də Rusiya xadimlərinə aiddir. aia.az Tərcümə şöbəsi Geri dön |