Ana Sayfa > Gündəm > "Akkord Beton" rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu

"Akkord Beton" rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu


22-09-2016, 12:23. Yazar: admin


"Akkord Beton" MMC-nin rəhbəri Uğur Babayevin ölkədən getmə hüququ məhdudlaşdırılıb.

Bu barədə Vergilər Nazirliyinin açıqladığı məlumatda deyilir.

Bildirilir ki, "Akkord Beton" MMC vergi borcu olan vergi ödəyicilərin siyahısında yer alıb. Bu səbəbdən hüquqi şəxsin icra orqanının rəhbəri kimi U. Babayevin ölkədən getmə hüququ məhdudlaşdırılıb.

Vergi ödəyicisinin borcu açıqlanmayıb.

Qeyd edək ki, "Akkord Beton" MMC "Akkord" korporasiyasının törəmə müəssisəsidir.
Geri dön