Ana Sayfa > Özəl > COP29-un gələn il ölkəmizdə keçirilməsi Azərbaycanın xarici siyasətinin uğurlu nəticəsidir
COP29-un gələn il ölkəmizdə keçirilməsi Azərbaycanın xarici siyasətinin uğurlu nəticəsidir20-12-2023, 12:48. Yazar: sevinc1 |
Dünyanın ən mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Azərbaycanın növbəti beynəlxalq qələbəsidir. Dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirdi. Rəsmi qərar isə dekabrın 12-də plenar iclas zamanı verildi. Beləliklə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) 2024-cü ildə Bakıda keçiriləcək.. Bu hadisə Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Prezident İlham Əliyev də bu məqamı xüsusi vurğulayaraq deyib ki, bu tədbirin Azərbaycanda keçirilməsində beynəlxalq ictimaiyyətin yekdil mövqeyi olub. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Dövlətimizin başçısı bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələrinin dövlətimizə əsassız ittihamlar irəli sürdüyünü xatırladıb və deyib ki, ölkəmizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin edib, eyni zamanda bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa edib. Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar rəsmi sosial şəbəkə hesablarında etdiyi paylaşımda vurğulayıb: “ BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) 2024-cü ildə ev sahibliyi etməyimiz iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə qlobal səylərə öz töhfəmizi vermək qətiyyətimizdən irəli gəlir. Azərbaycanın namizədliyinə verilən dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm. Biz COP29 sessiyasının uğurlu hadisəyə çevrilməsi üçün əlimizdən gələni edəcəyik. Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyi etməyə hazır olduğunu, eyni zamanda, bunun sülh istiqamətində növbəti mühüm addım ola biləcəyini vurğulamışdı. Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Belə bir dünya əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı müşavirədə çıxış etmiş və çıxışı zamanı Azərbaycanın gələn il belə mühüm bir tədbirə ev sahibliyi etməsinin önəmindən bəhs etmişdir. Həmçinin cənab Prezident çıxışında ölkəmizin haqlı mübarizəsini, regionda və dünyada Azərbaycanın həmişə sülhün və təhlükəsizliyin tərəfdarı olmasını vurğulamışdır.Azərbaycanın Qələbəsi ilə barışmaq istəməyən Fransa kimi ermənipərəst dövlətlərin qeyri-obyektiv mövqeyi onları beynəlxalq aləmdə siyasi riyakar kimi tandıb. Belə ədalətsiz mövqeyə baxmayaraq, artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan da bu vəziyyətlə barışıb. Elə olmasaydı, Ermənistan COP29 konfransının Bakıda keçirilməsinə dəstək verməzdi və öz namizədliyini Azərbaycanın xeyrinə geri götürməzdi. Təəssüf ki, Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Anar Məmmədov, YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı Geri dön |