Ana Sayfa > Manşet / Dünya > Zirəddinin 2024 proqnozu:
Zirəddinin 2024 proqnozu:19-12-2023, 09:07. Yazar: sevinc1 |
![]() Qarşıdan gələn il tektonik hərəkətlər, teraktlar ilidir. Konkret ölkə deməyəcəm, ancaq güclü yeraltı təkanlar olacaq, dünyada təbii fəlakətlər çoxalacaq. 2024-cü ildə dünyanı lərzəyə gətirəcək partlayış baş verəcək. aia.az xəbər verir ki, bu sözləri tanınmış ekstrasens Zirəddin Rzayev deyib. “2024-cü ildə baş verəcək fəlakətlər mənə atom bombasının partlayışını xatırladır. Amma deyə bilərəm ki, bu, nüvə silahı deyil, o effektə malik təbii vulkan püskürməsi, yaxud asteroidlə bağlıdır”, - o bildirib. Rusiya-Ukrayna məsələsinə toxunan Zirəddin Rzayevin sözlərinə görə, bu müharibənin həlli ilə bağlı inkişaf gözlənilir: “Bu qarşıdurma 2024-ci ildə ya tamamilə bitəcək, ya da dondurulacaq. Ancaq qələbə Rusiyanın xeyrinədir”. O, Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində gələn il müsbət addımların atılacağını vurğulayıb: “2024-2026-cı illər sülh müqaviləsinin imzalanması üçün ən uğurlu zamandır”. Onun proqnozuna görə, növbəti il texniki və tibbi tərəqqi gözlənilir. Eyni zamanda, ekstrasens müxtəlif növ virusların yayılacağını gözlədiyini də qeyd edib./axar.az aia.az Geri dön |