Ana Sayfa > Özəl > Belarus parlamenti Qərbdən İttifaq dövlətinə təhdid elan edib

Belarus parlamenti Qərbdən İttifaq dövlətinə təhdid elan edib


18-12-2023, 17:48. Yazar: sevinc1
Belarus parlamenti Qərbdən İttifaq dövlətinə təhdid elan edib

Belarus Nümayəndələr Palatasının spikeri Vladimir Andreyçenko bildirib ki, Qərb Minsk və Moskva arasında İttifaq dövləti qurmaq ideyasını gözdən salmağa çalışacaq. Onun sözlərinə görə, bu, 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkiləri və Belarusda keçiriləcək parlament seçkiləri zamanı baş verəcək.“Bizi çox mühüm seçki kampaniyaları gözləyir. Və əlbəttə ki, rəqiblərimiz ölkələrimizdəki vəziyyəti sabitsizləşdirməyə, birlik yaratmaq ideyasını gözdən salmağa çalışacaqlar”, - Andeyçenko bildirib.

Bununla bağlı o, Moskva və Minskin təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalar çərçivəsində birgə işləməsinin zəruriliyini qeyd edib.

Bundan əvvəl Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri İvan Tertel demişdi ki, Qərb dövlətləri Belarus parlamentinə seçkiləri gözdən salmaq və ölkədəki vəziyyəti sabitləşdirmək istəyirlər."2024-cü il seçkiləri ölkəmizin həyatında mühüm hadisədir, lakin Qərb bu dövrü Belarusdakı vəziyyəti dəyişmək üçün aşağı şans kimi qiymətləndirir", - Tertel bildirib.

aia.az
Tərcümə şöbəsi
Geri dön