Ana Sayfa > Manşet / İdman > "Qarabağ"ın Avroliqadakı rəqibi məlum oldu
"Qarabağ"ın Avroliqadakı rəqibi məlum oldu18-12-2023, 16:24. Yazar: sevinc1 |
UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. aia.az xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın rəqibi Portuqaliyanın "Braqa" klubu olub. ***09:32 Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq. aia.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın da bu mərhələdəki rəqibi bəlli olacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının 1/16 finalına yüksələn "Qarabağ" bu mərhədə Çempionlar Liqasında qrupu üçüncü sırada bitirən 8 komandadan biri ilə qarşılaşacaq: "Qarabağ"ın potensial rəqibləri: "Qalatasaray" (Türkiyə) "Lans" (Fransa) "Braqa"(Portuqaliya) "Benfika" (Portuqaliya) "Feyenoord" (Niderland) "Milan" (İtaliya) "Yanq Boyz" (İsveçrə) "Şaxtyor" (Donetsk, Ukrayna). Qeyd edək ki, pley-offun ilk matçları 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar. aia.az Geri dön |