Ana Sayfa > Gündəm > DİQQƏT: Bakıda kişiləri tələyə salan seksi qadınlar - FOTOLAR

DİQQƏT: Bakıda kişiləri tələyə salan seksi qadınlar - FOTOLAR


22-09-2016, 11:20. Yazar: admin


İlk olaraq dəstə üzvləri insanları aldatmaq üçün "odnoklassniki.ru" saytının göstərdiyim bu internet web ünvanlarında qadın nömrələri yerləşdiriblər

Bakıda cinayət və şantajla üzləşmiş və adının çəkilməsini istəməyən şəxs müraciət edib. O, öz müraciətində başına gələn hadisəni təsvir edib və cinayətkar qrupun ifşa olunması, cəzalandırılmaslnın vacib olduğunu bildirib. Şikayətçinin yazdıqları kifəyət qədər maraqlı olduğundan onu oxuculara təqdim edirik:

“Sizə Bakı şəhərində soyğunçuluq fəaliyyəti ilə məşğul olan cinayətkar dəstə barədə məlumat vermək istəyirəm. Həmin dəstə bu şəkildə fəaliyyət göstərir: ilk olaraq dəstə üzvləri insanları aldatmaq üçün "odnoklassniki.ru" saytının göstərdiyim bu internet web ünvanlarında qadın nömrələri yerləşdiriblər.

http://ok.ru/profile/567276899758

http://ok.ru/profile/562962269161

http://ok.ru/profile/548162149367

http://ok.ru/profile/574708809253

http://ok.ru/profile/574708809253

http://ok.ru/profile/562825684167

http://ok.ru/profile/570522130191

Həmin qadın profilindəki nömrələr ilə əlaqə saxlayaraq görüşmək istəyən şəxs sözügedən nömrəyə zəng vurur, telefona cavab verən qadınlar onlara zəng edən qurbanlarını görüşmək üçün Bakı şəhərində yerləşən Səməd Vurğun parkının yanına gələrək onlara yenidən zəng vurmağı bildirir.

Oraya gələn qurban yenidən zəng vurub orada olduğunu bildirdikdən sonra Səməd Vurğun Parkından bulvara gedən istiqamətdə (təxminən 100 metr) "Anadolu" adlı restoranın yanına gəlməyi bildirir, buraya da gəldikdən sonra "Anadolu" restoranı ilə üzbəüz yolun əks tərəfində yerləşən gül-çiçək dükanının sağ tərəfində yerləşən zirzəminin çıxışında dayanan və telefonla qurban ilə danışan qadın qurbanı zirzəmiyə dəvət edir.

Zirzəmi diskoteka kimi bir yerdir. İçəridə mahnı qoşulub, qaranlıq yerdir və hərəkət edən və sayrışan rəngli işıqlarla təchiz olunub, amma bir az səliqəsiz və köhnə təmirlidir. Qurbanı içəriyə aparan qadın onu hər iki tərəfdə yalnız 2 nəfərin əyləşməsi mümkün olan 4 nəfərlik masalardan birinə əyləşərək bir qədər gözləməyi bildirir. Bu zaman qurbana arxa tərəfi zirzəminin giriş qapısına olan yeri təklif edir, üzbəüzdə olan iki yerin birində başqa qadın yoldaşı ilə özü əyləşmiş olur ki, qurban onun yanında əyləşə bilməsin.

Beləliklə qurbanın xəbəri olmadan zirzəminin giriş qapısını içəridən bağlayırlar. Qurban onlarla bir masada əyləşdikdən sonra ilk sualları bu olur: "Siz haralısınız?, Bakılı deyilsiniz ki?". Bundan sonra saytda göstərilən "25" manatı qurbanın əvvəlcədən ödəməsini bildirir və qurbandan həmin pulu alır. Bu əsnada qadınlardan biri ofisiantı çağıraraq özünə və yanında əyləşən xanıma nə isə sifariş edir. Sonra ofisiant xanım iki qədəh içki və içərisində çipsi və fıstıq olan boşqab gətirib qadınların qabağına qoyur, qurbanın qabağına yox. Bundan sonra qurbanla üzbəüz əyləşən digər qadın ofisiantı çağıraraq bu dəfə də o, içki sifariş verir və içki gətirilir. Təxminən bir dəqiqədən sonra qurbanı qapı ağzında qarşılayaraq içəriyə dəvət edən qadın ayağa qalxaraq qurbana arxasınca gəlməyi bildirir və diskotekanın içərisində yerləşən, bar adlanan piştaxtaya yaxınlaşır və qurbanın da yaxınlaşmasını bildirir. Qurban piştaxtaya yaxınlaşdıqda piştaxtanın arxasında dayanan başqa bir qadın qurbana kağız üzərində əl ilə yazılmış, heç bir kassa çeki olmayan hesab təqdim edir və çox böyük məbləğdə, təkrar edirəm çox böyük məbləğdə borcu olduğunu bildirir. Bundan sonra qurban ilk öncə nə baş verdiyini anlamadığına görə bu hesabı nə üçün ödəməli olduğunu soruşur.

Ona bildirirlər ki, bu sifarişləri sizinlə bir masada əyləşən xanımlar veriblər və buna görə hesabı siz ödəməlisiniz. Qurban bildirir ki, bu sifarişləri mən verməmişəm, kim sifariş veribsə ondan tələb edin.

Bundan sonra təxminən 180 sm boyu olan, 27 yaşlarında, qara poluverli oğlan qurbana yaxınlaşaraq qurbanı hədələyərək pulu ödəməyəcəyi təqdirdə onu əzişdirəcəyini bildirir. Bundan sonra idmançı bədənli, təxminən 170 sm boyu olan, 32 yaşlarında, ağ poluver geyinmiş başqa bir oglan qurbana yaxınlaşaraq qurbanın haralı olduğunu soruşur (çox güman ki, qurban Bakı şəhər sakini olarsa, sonradan yaxın qohum və dostlarını toplayaraq onlarla münaqişəni həll etməyə gəldikdə onlar üçün münaqişəni həll etməyin çətin olacağından ehtiyatlanıb əvvəlcədən qurbanın Bakılı olub olmadığını soruşurlar)və yumruqlarını sıxaraqdaha şiddətli şəkildə qurbanı hədələyərək təkidlə içəridə yerləşən başqa bir otağa keçməyi bildirir. Buna etirazını bildirərək qapıya doğru qaçmağa çalışan qurbanın qabağını kəsərək qaçarsa onu döyəcəklərini və oradan qaçmağın mümkünsüz olduğunubildirir. Bu hadisələr baş verən zaman piştaxta arxasında olan daha bir kişi (təxminən 35 yaşlarında, 170 sm boyu olan) ortaya çıxaraq onlara dəstək olur. Bundan sonra yaşlı kişi yaxınlıqda yerləşən stola əyləşərək qurbana öz yanında əyləşməsini bildirir və söz verir ki, ona heç nə etməyəcək (yaşlı kişi digərlərindən təmkinli və sakit görünüşlüdür).

Qurban kişinin yanında əyləşdikdən sonra kişi qurbana bildirir ki, uydurma hesabın nə qədərini ödəyə bilərsənsə ödə. Qurban canını oradan salamat qurtarmaq üçün razılaşaraq üstündə olan pullarıonlara verir. Bundan sonra qurbana getməyə icazə verirlər və bildirirlər ki, polisə əbəs yerə özünü yorub xəbər vermə, çünki biz özümüz də polislərlə əlbir işləyirik.

Qeyd edim ki, diskotekaya bənzəyən həmin zirzəmidə çol tərəfin görüntüsünü göstərən monitor quraşdırılıb, çox güman ki, çöl tərəfə kamera quraşdırıblar ki, içəriyə polis gələrsə əvvəlcədən xəbərləri olsun. Hesab edirəm ki, bu dəstə üzvlərini cinayət məsuliyyətinə cəlb etmək üçün mülki geyim geyinmiş və lazımi texniki qurğularla (gizli kamera, səs yazandiktofon və s.) təchiz olunmuş hüquq-mühafizə orqanının nümayəndəsi "odnoklassniki.ru" sosial şəbəkəsində olan və yuxarıda qeyd etdiyim web ünvanlarda yerləşən telefon nömrəsi ilə əlaqə saxlayaraq sadə vətəndaş kimi qadınlarla danışıb onların dəvətindən sonra sözügedən zirzəmiyə gedib onlaraəvvəlcədənnişanlanmış pul əskinasları verərək cinayət məsuliyyətinə cəlb edə bilər, zənnimcə əks təqdirdə onları törətdikləri soyğunçuluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmək çətin olar”. qafqazinfo
Geri dön