Ana Sayfa > Siyasət / Özəl > Azərbaycanın haqlı mövqeyi bütün dünyada dəstəklənir
Azərbaycanın haqlı mövqeyi bütün dünyada dəstəklənir18-12-2023, 10:49. Yazar: sevinc1 |
Azərbaycan beynəlxalq müstəvidə uğur və nailiyyətlərini artırmaqda davam edir. Bir neçə gün bundan əvvəl dünya birliyi tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsinə dair qərar qəbul olunub. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı qəbul etməklə bütün dünya ölkələri Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişlər. Bununla bağlı Ölkə Prezidenti cənab İlham Əliyev dekabrın 15-də keçirdiyi müşavirədə bildirmişdir ki, Azərbaycan buna layiqdir və aparılan siyasət nəticəsində ölkəmiz dünya miqyasında çox güclü mövqelərə sahib olmuşdur. Həqiqətən də Azərbaycana dünyada olan hörmət günbəgün artır və bütün bunlara ölkəmiz və xalqımız cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti, dünya liderləri arasında malik olduğu şəxsi nüfuzu və davamlı olaraq həyata keçirdiyi müstəqil siyasət xətti sayəsində nail olmuşdur. Əlbəttə ki, dövlətimizin beynəlxalq hüquqa olan bağlılığı və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi Azərbaycana olan hörməti daha da artırdı. Öz çıxışında dövlətimizin başçısı həmçinin COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyət kəsb edən hadisə olduğunu qeyd etdi. Belə ki, bu qərar antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunmuşdur və bununla da bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmiş oldu. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Məlum olduğu kimi, sentyabr ayında keçirilmiş antiterror tədbirləridən sonra bəzi Qərb ölkələri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Əlbəttə ki, bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan bu tədbirləri öz suveren ərazisində separatçılığa qarşı keçirərək ilk növbədə beynəlxalq hüququn aliliyini təmin etmiş və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Lakin, cənab Prezident İlham Əliyevin dediyi kimi, bəzi Qərb ölkələri və onların arasında əlbəttə ki, ənənəvi olaraq Fransa Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq Ermənistan özü belə bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha təsdiq edir. Anlaşılan budur ki, bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Lakin reallıq budur ki, beynəlxalq birlik 30-40 dövlət deyil, birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini növbəti dəfə göstərmişdir. Dövlətimizin başçısı öz çıxışında bu vacib məqamı da qeyd etmişdir ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın üzərinə böyük məsuliyyət qoyur. Təbii ki, ölkəmizdə bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirilib. Həmçinin bu il Beynəlxalq Astronavtika Konqresi də Azərbaycanda böyük müvəffəqiyyətlə keçirilmişdir. Lakin COP29 nə miqyasına, nə də əhəmiyyətinə görə bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. COP29-da 10 minlərlə xarici nümayəndənin ölkəmizə gələcəyi gözlənilir. COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir və ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, tədbirin davam edəcəyi iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Arif Fərzəliyev, YAP Cəbrayıl rayon təşkilatının sədri Geri dön |