Ana Sayfa > Parlament > Paytaxtda sıxlıq müşahidə edilən yollar - SİYAHI
Paytaxtda sıxlıq müşahidə edilən yollar - SİYAHI18-12-2023, 08:59. Yazar: sevinc1 |
![]() Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Aia.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; 3. Zərifə Əliyeva küçəsində; 4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində; 5. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində; 7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 10. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur. Geri dön |