Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “Xalq öz sözünü 7 fevralda deyəcək”
Eltun Süleymanov: “Xalq öz sözünü 7 fevralda deyəcək”16-12-2023, 17:41. Yazar: sevinc1 |
“Yeni Azərbaycan Partiyası (YAP) 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürməsi gözlənilən qərar idi. Çünki bu qərarın həm tarixi. Həm də siyasi əsasları var. Əgər cənab İlham əliyevin 20 illik hakimiyyətinin hər bir ilini ayrılıqda təhlil etsək, hər il Azərbaycan tarixində özünəməxsus xarakterik xüsusiyyətləri ilə fərqlənəcəkdir. Hər bir il Azərbaycan xalqının qəlbində, ruhunda yeni bir təbəddülatın, yeni bir siyasi, iqtisadi gəlişmənin təzahürü kimi yaddaşlara yazılmışdır. Ulu Öndərimiz Heydər Əliyevin dahiyanə söylədiyi bir fikir var: “Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Prezident İlham Əliyev bu gün məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində müasir, suveren, bütöv və yeni Azərbaycanı qurub. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanılıb, dövlətimizin və xalqımızın qarşısında ən ümdə vəzifə olan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edilib. Bu qələbənin həm döyüş meydanında, həm də diplomatiya masasında təmin edilməsində, ölkənin dünya müstəvisində söz sahibinə çevrilməsində cənab İlham əliyevin rolu danılmazdır. Məhz buna görə də cənab İlham Əliyevin bu uğurları onun ən ciddi opponentləri,eləcə də Avropa ölkələrinin liderləri tərəfindən də etiraf olunur.” Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz bildirib ki, “Cənab İlham Əliyevin liderliyi altında son 20 ildə Azərbaycan möhtəşəm nailiyyətlərə, uğurlara və qələbələrə imza ataraq tarixi zəfərlər qazanıb. Cənab İlham Əliyev nəinki Azərbaycanda, beynəlxalq aləmdə böyük nüfuz sahibidir. “Sözü də imzası qədər etibarlı dövlət rəhbəri” imici qazanmış bir liderin başladığı işi axır qədər davam etdirməsi mütləqdir. Qarabağ məsələsinin uğurlu həlli, antiterror əməliyyatı sayəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi elə bir prosesdir ki, bu gün o prosesi axıra qədər davam etdirmək, qazanılmış qələbələrin tarixə yazılmasını təmin etmək adlı bir missiya vardır. Bu missiyanın həyata keçirəcək lider isə məhz, cənab İlham Əliyevdir. Reallıq budur. Əlahəzrət reallıq isə bu anda səhvə yol verməməyi tələb edir. Azərbaycan xalqı müdrikdir. Onun qərarı isə həmişə doğru olub. Xalq isə siyasi kluarlardan fərqli olara qərarını qəlbində verir, ayrı-ayır şəxslərin dilində səsləndirir. Məhz bu qərarın siyasi partiayalar tərəfindən səsləndirilməsi və qəbul edilməsi də onu göstərir ki, xalq bu prosesə siyasilərdən fərqli olaraq çoxdan verib. Sadəcə həmin qərarın rəsmi təsdiqi qalıb ki, o da növbəti seçkilərdə öz həllini tapacaqdır.” Eltun Süleymanov qeyd edib ki, “Yüzillik bir münaqişəni Azərbaycan xalqının istəyi və arzusu yönündə sonlandıran, millətə başucalığı, qürur qazandıran, qalib xalq kimi ali bir dərəcəyə çatdıran bir Lider sevgiyə, sayğıya və xalqın etibarına layiqdir. Bu sevgi də, bu inam da məhz cənab İlham Əliyevə aiddir. Ölkəmizi zəfərdən zəfərə aparan Müzəffər Ali Baş Komandan, mahir diplomat, uzaqgörən lider, milli-mənəvi dəyərlərin keşiyində daynan millət fədaisi olaraq bu gün cənab İlham Əliyevin alternativi yoxdur. 7 fevralda keçiriləcək prezident seçkiləri isə növbəti zəfərlərin davamı olacaq. Əminəm ki, xalq cənab Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birliyini bir daha nümayiş etdirib ona səs verməklə növbəti tarixi qələbələrin, zəfərlərin, uğurların və yeni inkişaf mərhələsinin əsasını qoymuş olacaq.” Geri dön |