Ana Sayfa > Özəl > Effektiv xarici siyasət
Effektiv xarici siyasət15-12-2023, 16:16. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibə verib. Müsahibə dekabrın 9-da “Euronews”da yayımlanıb. Bəli, cari ilin 9 dekabr tarixi Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibənin yayımlanması və müsahibə zamanı səsləndirdiyi fikirlərlə yadda qaldı. Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. İqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib.Neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. "Dövlət başçısı ölkəmizdə siyasi sabitliyin hökm sürdüyünü bildirdi. Qeyd olundu ki, sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. Bu, hər bir ölkənin sosial-iqtisadi inkişafının təməl düsturudur. Ona görə də Azərbaycanı istənilən qeyri-sağlam rəqabətdən, geosiyasi təhdidlərdən və ya böyük dövlətlərin toqquşmalarının fəsadlarından qorumaq üçün lazımi addımlar atılır. Müsahibədə həmçinin Azərbaycanın bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edildiyi qeyd olundu. Təsadüfi deyil ki, son iki ildə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında fəal qarşılıqlı əlaqələr misli görünməmiş dərəcədə sıxlaşıb. Azərbaycanın Mərkəzi Asiyada investisiyaları və Mərkəzi Asiyanın da Azərbaycanda investisiyaları qarşılıqlı surətdə durmadan artır. SPECA Proqramına üzv olan və müşahidəçi qismində qatılan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var və biz bu əməkdaşlığın real nəticələrini görürük. Effektiv xarici siyasət nəticəsində Avropadan olan tərəfdaşlarımızla, müttəfiqlərimizlə də əlaqələrimiz durmadan genişlənir və bizim Avropa təsisatları ilə də münasibətlərimizin öz müsbət dinamikası var. Eləcə də, Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri də əsl həmrəylik və tərəfdaşlıq nümunəsi hesab edilə bilər. Ölkə başçısı müsahibə zamanı Azərbaycanın bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edildiyini vurğulayır. Rəsmi Bakı müstəqil siyasət yürüdür, gərgin geosiyasi hadisələr fonunda ölkəmizdə sabitlik hökm sürür, iqtisadiyyatımız inkişaf edir, işğaldan azad edilmiş ərazilərimiz çox sürətlə yenidən qurulur. Artıq 3 minə yaxın keçmiş məcburi köçkünlərimiz doğma torpaqlarında yaşayır. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Ona görə də əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcəkdir. Bu, əlbəttə ki, ən prioritet məsələlərdəndir. Digər tərəfdən Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsini də xüsusi diqqətdə saxlayır. Önəmli əməkdaşlıq istiqamətindən danışan dövlət başçısı qeyd etdi ki, son iki ildə Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri arasında və Mərkəzi Asiya ölkələrinin özləri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir.Düşünülmüş sosial siyasətdən danışan ölkə rəhbəri bildirdi ki, son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb.Dövlət başçısı vurğuladı ki, xarici borcun səviyyəsi hər il azalır. Bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir.Qeyd etmək lazımdır ki, ölkə başçısı “Euronews” televiziyasına verdiyi müsahibə zamanı Azərbaycanın sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipinin hazırladığını, onun əsas bəndlərini qeyd edərək bildirdi ki, “Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”. Azərbaycan ermənilərə çoxdan inteqrasiya təklif edib və indi İrəvana xəbərdarlıq edir ki, onu aldadan Qərb tərəfdaşlarının təsiri altındadır. Və onlar heç bir halda Ermənistana fayda verməyəcək, necə ki vermir. Əgər Ermənistan dalan ölkə vəziyyətindən xilas olmaq istəyirsə, deməli Azərbaycanın təkliflərini məntiqlə nəzərdən keçirməli və qərar qəbul etməlidir.Ölkə Prezidentinin qeyd etdiyi kimi, beynəlxalq arenada müstəqil siyasət yürütməyə davam edəcəyik. Biz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Parlament və gənclər platformaları yaranıb, qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılır. COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım göstərilib. Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı.Effektiv xarici siyasətdən söz açan ölkə başçısı bildirdi ki, Azərbaycanın qonşularla münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Bizim Avropa təsisatları ilə münasibətlərimizin öz müsbət dinamikası var. Bizim müsəlman ölkələri ilə münasibətlərimiz həmrəylik və tərəfdaşlıq nümunəsidir. Suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Prezident müsahibəsində həmçinin Ermənistandan qovulan azərbaycanlılarla bağlı bildirdi ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. İlham Əliyev Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıdışı prosesinin də birmənalı olaraq ədalətli və beynəlxalq hüquqa əsaslanacağını xüsusi olaraq vurğuladı. Əgər Ermənistandan qovulmuş azərbaycanlı məcburi köçkün ora geri qayıtsa, o, Qərbi Azərbaycan Respublikasının sakini olduğunu deməyəcək. Yəni ki, Qərbi azərbaycanlılar geri qayıtdıqdan sonra Ermənistan hökumətinə qarşı ərazi iddiası qaldırmayacaq. Bu da Azərbaycanın guya Ermənistana müdaxilə etməyə, Zəngəzuru ələ keçirməyə hazırlaşması barədə cəfəng iddiaları ortaya atan qüvvələrə tam aydın şəkildə verilmiş cavab mesajı hesab olunmalıdır. Anar Məmmədov, YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı Geri dön |