Ana Sayfa > İqtisadiyyat > Qarabağ Dirçəliş Fondunun elan etdiyi tenderin qalibi məlum oldu

Qarabağ Dirçəliş Fondunun elan etdiyi tenderin qalibi məlum oldu


15-12-2023, 15:08. Yazar: sevinc1
Qarabağ Dirçəliş Fondunun elan etdiyi tenderin qalibi məlum oldu

İşğaldan azad edilən Füzuli şəhərinin “Mərkəzi Parkı”nın ərazisinin tikili qalıqlarından və digər tullantılardan təmizlənməsi və ərazinin müvəqqəti hasara alınması üzrə elan edilən açıq tenderin qalibi müəyyən olunub.

Qarabağ Dirşəliş Fondu tərəfindən “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq keçirilən tenderin qalibi kimi “RAMCO” QSC müəyyən olunub.

Qalib şirkətlə 584.500,50 AZN (ƏDV daxil) məbləğində satınalma müqaviləsi bağlanıb və müvafiq işlərə start verilib.

Qeyd edək ki, Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən, burada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq 22,47 hektar ərazidə Mərkəzi Parkın salınması nəzərdə tutulur.

Layihə Qarabağ Dirşəliş Fondunun sifarişi ilə həyata keçirilir.

Layihə haqqında daha ətraflı: https://qdf.gov.az/fealiyyet/layiheler/Fuzuli-Merkezi-Parki/layihe-haqqinda/
Geri dön