Ana Sayfa > Özəl > Aİ Avstriya kanslerinin yoxluğunda 12-ci sanksiyalar paketini razılaşdıra bilib
Aİ Avstriya kanslerinin yoxluğunda 12-ci sanksiyalar paketini razılaşdıra bilib15-12-2023, 11:54. Yazar: sevinc1 |
Aİ liderləri 12-ci anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gəliblər ki, bu cür məhdudiyyətlərin tətbiqinin əsas əleyhdarlarından biri Avstriya kansleri Karl Nehammer iclas zalında olmayıb.Mənbələrin məlumatına görə, bu zaman Nehammer Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə Rumıniya və Bolqarıstanın Şengen zonasına daxil olmasını müzakirə edib. Avropa liderləri, Nehammerin yoxluğunda, 12-ci paketlə bağlı konsensus tapa bildilər, lakin əldə edilən razılaşmaların bütün Aİ üzvlərinin razılaşdığı sənədə nə vaxt daxil ediləcəyi hələ də bəlli deyil. Dekabrın 13-də Avstriyanın Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməzdən əvvəl ona hüquqi baxış keçirmək istədiyi bildirilir. Aydınlaşdırılıb ki, Aİ 12-ci anti-Rusiya sanksiyalar paketi üzərində işi başa çatdırır, lakin dekabrın 12-də Aİ ölkələrinin səfirləri Avstriyaya görə ümumi mövqedə razılığa gələ bilməyiblər. aia.az Tərcümə şöbəsi Geri dön |