Ana Sayfa > İqtisadiyyat > Kənd təsərrüfatı malları durmadan bahalaşır - FOTOLAR
Kənd təsərrüfatı malları durmadan bahalaşır - FOTOLAR22-09-2016, 09:43. Yazar: admin |
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,8 faiz, ərzaq məhsulları 12,2 faiz, qeyri-ərzaq məhsulları 15,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 4,9 faiz bahalaşıb. “Bizim Yol”-un əməkdaşı ilə söhbətində kənd təsərrüfatı məhsullarının satışı təşkil edən market və supermatketlər şəbəkəsində çalışan işçilər bildiriblər ki, bahalaşma sentyabr ayında pik həddə çatıb. Təkcə bu ay ərzində qiymətlər 20-50 qəpik arasında artıb. Buna səbəb ölkədəki valyuta qıtlığı və devalvasiya təhlükəsinin davam etməsidir. Satıcılar deyir ki, topdansatış qiymətlərin hər ay dəyişməsi pərakəndə satışa təsirsiz ötüşmür. Mövsümü malların qıtlığından söhbət açan satıcılar ilin sonuna qədər bahalaşmanın davam edəcəyinin qaçılmaz olduğunu bildirirlər. Satıcılarla söhbət zamanı məlum oldu ki, Bakıda kənd təsərrüfatı məhsulları yarmarkasının ünvanlarının sayı azalmaqda davam edir. Buna səbəb də məhz məhsul qıtlığı və manatın sabit qalmamasıdır. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev “Bizim Yol”-a bildirib ki, yarmarkalar həftənin şənbə və bazar günləri Bakının beş rayonunda (Xətai, Səbail, Nərimanov, Binəqədi, Suraxanı), beş ünvanında keçirilir. Sumqayıt şəhərində isə iki ünvanda keçirilir. Dövlət Statistika Komitəsinin 21.09.2016-cı il tarixli məlumatına görə, 2016-cı ilin yanvar-avqust aylarında ölkə əhalisi 28972,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,6 faiz çox gəlir əldə edib. Gəlirlərin 78,2 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,9 faizi isə yığıma yönəldilib. Geri dön |