Ana Sayfa > Özəl > BMT Baş Assambleyası İsrailin Qəzzaya qarşı müharibəsində atəşkəsə çağıran qətnaməni səs çoxluğu ilə qəbul edib

BMT Baş Assambleyası İsrailin Qəzzaya qarşı müharibəsində atəşkəsə çağıran qətnaməni səs çoxluğu ilə qəbul edib


13-12-2023, 20:17. Yazar: sevinc1
BMT Baş Assambleyası İsrailin Qəzzaya qarşı müharibəsində atəşkəsə çağıran qətnaməni səs çoxluğu ilə qəbul edib


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrail rejiminin Qəzza zolağında aylardır davam edən soyqırım müharibəsində təcili humanitar atəşkəsə çağıran qətnaməni səs çoxluğu ilə qəbul edib.

Press TV-nin məlumatına görə, 193 üzvdən ibarət Assambleya çərşənbə axşamı günü 153 lehinə səslə qətnamə qəbul edib.

İsrail rejiminə sarsılmaz siyasi dəstəyi ilə ABŞ da daxil olmaqla, doqquz ölkə qətnaməni rədd etdi.

ABŞ, BMT Təhlükəsizlik Şurasından fərqli olaraq, Assambleyada veto hüququna malik deyil.

Vaşinqton həmçinin Fələstin ərazisinin müqavimət qruplarının həyata keçirdiyi əməliyyata cavab olaraq Qəzzaya qarşı müharibəyə oktyabrın 7-də başlayandan bəri Təl-Əvivə 10 min tondan çox hərbi texnika verib.

Qəzzanın Səhiyyə Nazirliyi bildirib ki, İsrailin hərbi kampaniyası zamanı indiyədək əksəriyyəti qadın və uşaq olmaqla 18.205 fələstinli qətlə yetirilib, təxminən 50.000 nəfər isə yaralanıb.

Fələstinin BMT-dəki səfiri Riyad Mansur Baş Assambleyadakı səsverməni beynəlxalq ictimai əhval-ruhiyyənin kulminasiya nöqtəsi kimi qiymətləndirib və ABŞ-ın “bu nəhəng gücə məhəl qoymağa davam edə bilməyəcəyini” deyib.

O, jurnalistlərə açıqlamasında "Xalqımıza qarşı bu təcavüzə son qoyulana qədər bu yolda davam etmək, xalqımıza qarşı bu müharibənin dayandığını görmək bizim kollektiv borcumuzdur" dedi.

Bazar günü Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri Qəzzadakı vəziyyəti indiyə qədər gördüyü ən pis vəziyyət kimi xarakterizə edib.

Filip Lazzarini idarəsinin Qəzzada dağılmaq ərəfəsində olduğunu deyib və əlavə edib ki, orada "yer üzündə cəhənnəmə" son qoymaq üçün dərhal atəşkəs lazımdır.

BMT-nin Baş katibi Antonio Quterreş, onilliklər ərzində atılmayan bir addımla çərşənbə günü dünya qurumunun Nizamnaməsinin 99-cu maddəsinə istinad edərək, İsrail müharibəsinin beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhlükə barədə Təhlükəsizlik Şurasını xəbərdar edib və atəşkəsə nail olmağa çağırıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön