Ana Sayfa > Siyasət > Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib

Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib


13-12-2023, 14:13. Yazar: sevinc1
Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib

Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu böyük tarixi hadisədir. Azərbaycan xalqının bu dəfə də doğru seçim edəcəyinə əminik! 2020-ci ildə 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.
2024-cü il 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.
Növbədənkənar seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz nümunəsidir. Ölkəmizin başçısı cənab İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən Azərbaycan xalqı, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, həmçinin Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək. Qalib xalqın, qalib prezidenti olmalıdır və bizim seçimimiz bəllidir!
Azərbaycan Respublikasının Seçki Məcəlləsi növbəti Prezident seçkilərinin keçirilməsi ilə növbədənkənar Prezident seçkilərinin keçirilməsi arasında hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir. Belə ki, növbəti seçkilər isə bəzi hallarda, məsələn, hərbi və fövqəladə vəziyyətlərdə təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər. Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Seçki Məcəlləsinə əsasən həmin müddətdə bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir.
Qeyd edək ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar Azərbaycanda siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu cür yanaşma Azərbaycanda ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazıçılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir.
Azərbaycan xalqı onsuz da prezident cənab İlham Əliyevi həmişə dəstəkləyib və xalqın böyük əksəriyyətinin səsini həmişə cənab prezidentə verib. Yeni Azərbaycan Partiyası qalib partiyadır və onun namizədi cənab İlham Əliyev olduğu üçün biz həmişə seçkiləri qələbə ilə başa vurmuşuq

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Geri dön