Ana Sayfa > Özəl > Media: hakerlər Braziliyanın birinci xanımının X sosial şəbəkəsindəki hesabını sındırıblar
Media: hakerlər Braziliyanın birinci xanımının X sosial şəbəkəsindəki hesabını sındırıblar12-12-2023, 18:46. Yazar: sevinc1 |
Hakerlər Braziliyanın birinci xanımı Rosangela Lula da Silvanın X ("x", keçmiş Twitter) sosial şəbəkəsindəki hesabını sındırıblar, federal polis insidentlə bağlı araşdırma aparır. Bu barədə CNN Brasil məlumat yayıb.Onun sözlərinə görə, Rosangela Lula da Silvanın səhifəsində çoxlu sayda üçüncü tərəf şəkilləri, o cümlədən söyüş və təhqirləri ehtiva edən “pornoqrafik və mizoginistik şəkillər” yerləşdirilib. Rəqəmsal hüquq üzrə ixtisaslaşmış braziliyalı hüquqşünas Marselo Kresponun kanala verdiyi məlumata görə, Braziliyada sosial şəbəkələrdə bu cür yazıların yerləşdirilməsi cinayət sayılır. Braziliya Cinayət Məcəlləsinə görə, başqasının kompüter cihazına müdaxilə etmək bir ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.1,2 milyon abunəçisi olan Braziliyanın birinci xanımının X sosial şəbəkəsindəki hesabı bloklanmayıb, lakin əvvəllər dərc edilmiş yazıların heç birinə daxil olmaq mümkün deyil. aia.az Tərcümə şöbəsi Geri dön |