Ana Sayfa > Gündəm > Ağdamda avtovağzal kompleksinin inşasına başlanılıb
Ağdamda avtovağzal kompleksinin inşasına başlanılıb12-12-2023, 14:56. Yazar: sevinc1 |
Ağdamda dəmir yolu və avtovağzal kompleksinin tikintisinə başlanılıb. aia.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, layihədə son razılaşdırma işləri gedir: “Hazırda Qarabağda bizim iki layihəniz həyata keçirilir. Bunlardan biri Bərdə-Ağdam layihəsidir ki, artıq layihənin böyük hissəsi tamamlanıb”. O qeyd edir ki, Ağdam şəhərinə qədər dəmir yolu xətti çəkilib: “Ümumilikdə layihənin 85 %-i icra olunub. Sadəcə son stansiyalar- Təzəkənd, Bərdə, Köçəri stansiyalarının tikintisi həyata keçirilir və yaxın vaxtlarda yekunlaşacaq”. R. Rüstəmov bildirib ki, Horadiz-Ağbənd layihəsi üzrə isə işlərin 45 %-i həyata keçirilib: “Layihə sürətlə həyata keçirilir. Layihənin yekunlaşdırılması 2025-ci ilə nəzərdə tutulub”. aia.az Geri dön |