Ana Sayfa > İqtisadiyyat > Avropa İttifaqı Azərbaycana 13,5 milyon avro həcmində yardım edib
Avropa İttifaqı Azərbaycana 13,5 milyon avro həcmində yardım edib21-09-2016, 13:06. Yazar: admin |
Avropa İttifaqı (Aİ) Azərbaycana maliyyə, iqtisadiyyat və məhkəmə hakimiyyəti sahələrində məqsədyönlü yardım vasitəsilə və iqtisadiyyatın şaxələndirilməsinə dəstək məqsədi ilə 13,5 mln. avro yardım ayırıb. Bu barədə qurumun yaydığı məlumatda deyilir. Ayrılan vəsait əsas hökumət idarələrini yardımla təmin edərək kiçik və orta biznesin rəqabət qabiliyyətinin artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə, həmçinin biznes mühitinin yaxşılaşdırılmasına imkan verəcək. “Texniki Əməkdaşlıq İmkanı proqramı kiçik və orta biznesin rəqabət qabiliyyətinin və ixrac fəaliyyətlərinin artırılması və nəticə etibarilə ölkənin qeyri-neft ÜDM artımı və iş yerləri açmaq imkanını yüksəltməyi hədəf götürəcək. Proqram müəssisələrin müasirləşməsini, həmçinin tənzimləyici və operativ mühitin formalaşmasını dəstəkləyəcək. Proqram bacarıqların və sahibkarlığın gələcək inkişafı, maliyyə və beynəlmiləlləşdirməyə keçid üçün səriştənin yaradılmasını diqqət mərkəzində saxlayacaq”. Aİ-da hesab edirlər ki, bu təşəbbüs həmçinin mübahisələrin alternativ həlli yolları təqdim edəcək, bu da öz növbəsində biznes mühitinin inkişafına töhfə verəcək. Bundan əlavə, vətəndaşlar, xüsusilə müdafiəsiz qruplar ondan birbaşa yararlanacaqlar. Bununla yanaşı, proqramın Azərbaycandakı əsas maliyyə institutlarının və dövlət qurumlarının xərclərini və gəlirlərinin səmərəliliyinin inkişafına, beləliklə ən yaxşı Aİ təcrübə və standartlarına uyğun olaraq məsuliyyətin artmasına dəstək olacağı açıqlanıb: “Bu ikitərəfli yardım paketi Aİ və Azərbaycanın bir neçə sahədə əməkdaşlıq sahəsində irəliləmək istəyini təsdiqləyir və yeni ikitərəfli sazişin gələcək müzakirələrini dəstəkləyir". Geri dön |