Ana Sayfa > İdman / Aia TV / Karusel > Dözə bilmədim, stadionu tərk etdim` - Rövnəq Abdullayev
Dözə bilmədim, stadionu tərk etdim` - Rövnəq Abdullayev4-09-2015, 02:08. Yazar: admin |
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan-Xorvatiya oyunu ilə bağlı fikirlərini bölüşüb. R.Abdullayev oyundan razı qaldığını bildirib: "Futbolçular yaxşı oynadılar, çalışdılar. Zarafat deyil, Xorvatiya Avropanın ikinci güclü komandasıdır. Mən deyərdim ki, Avropanın ən güclü futbolçuları oynayırdı və rəqiblə eyni gücdə, eyni səviyyədə mübarizə aparmaq yaxşı nəticədir". AFFA prezidenti qarşılaşmadan sonra futbolçularla görüşdüyünü və onları təbrik etdiyini söyləyib:"Onları təriflədim. Belə davam etsinlər!" R.Abdullayev futbolçularla dünənki görüşündən də danışıb: "Futbolçulara söylədim ki, keçən dəfə həyatımda birinci dəfə ilk hissədən sonra stadionu tərk etdim, dözə bilmədim. Onlara dedim, elə etsinlər ki, bunun əvəzini çıxsınlar və bacardılar. Xorvatiya çox arxayın gəlmişdi". Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki isə oyunçuları ilə fəxr etdiyini bildirib: “Çünki rəqib Avropanın ən güclü komandalarından biri idi. Mənim komandam mübarizə apardı və futbol oynadı. Mənə elə gəlir ki, bu Azərbaycan futbolu üçün yaxşı nəticədir". Geri dön |