Ana Sayfa > Seçki 2024 > Qusarda Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi

Qusarda Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi


12-12-2023, 12:05. Yazar: sevinc1
Qusarda Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi

Qusarda​ rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirildi.

aia.az xəbər verir ki, tədbir iştirakçıları​ müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin rayondakı abidəsini ziyarət edərək önünə​ gül dəstələri düzüb dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin və respublikanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqə sükutla yad edildi

Tədbiri giriş nitqi ilə açan Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi.O,Heydər Əliyevin çoxşaxəli fəalliyyətindən,Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən,böyük xilaskarlıq missiyasından danışdı.Daha sonra çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov bildirdi ki,bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ideya və əməlləri Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bərpa edilib,30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.Tədbirdə çıxış edən Qusar şəhər 2 saylı tam orta məktəbin direktoru Günel Hacıyeva,fəal gənc Svetlana Mirzəyeva Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər​ göstərən ulu öndər Heydər Əliyevin Vətənə sədaqər,xalqa fədakarlıqla xidmət nümunələrindən danışdılar.
Geri dön