Ana Sayfa > İdman > Hakimi vuran “Ankaragücü”nün prezidenti:
Hakimi vuran “Ankaragücü”nün prezidenti:12-12-2023, 12:04. Yazar: sevinc1 |
Türkiyə Superliqasının 15-ci turunda keçirilən “Ankaragücü” - “Rizespor” matçında oyunu idarə edən referiyə yumruq zərbəsi endirən “Ankaragücü”nün prezidenti Faruk Koca qısa açıqlama verib. Klub prezidenti qeyd edib ki, həmin dəqiqələrdə əsəblərini cilovlaya bilməyib: “Gözüm qaraldı. Nə etdiyimi xatırlamıram”. Xatırladaq ki, “Ankaragücü” - “Rizespor” görüşü 1:1 hesabı ilə başa çatıb. Final fitindən dərhal sonra “Ankaragücü” klubunun prezidenti Faruk Koca meydana daxil olaraq matçın baş hakimi Halil Umut Melerə yumruq vurub. Zərbə nəticəsində referi yıxılaraq yerdə qalıb. Daha sonra Ankara klubunun digər nümayəndələri baş hakimi təpikləyiblər. Təhlükəsizlik əməkdaşlarının nəzarəti ilə hakimlər paltardəyişmə otağına aparılıblar. Türkiyənin tanınmış hakimlərindən olan Halil Umut gözündən ciddi xəsarət alıb. Qeyd edək ki, bundan əvvəl də hücuma məruz qalan Halil Umut Meler xəstəxanada onu ziyarət edən yaxınlarına karyerasını bitirəcəyi ilə bağlı məlumat verib. aia.az Geri dön |