Ana Sayfa > Siyasət > Fransa Qarabağ tənzimlənməsinə dair növbəti görüşə ev sahibliyi etmək istəyir

Fransa Qarabağ tənzimlənməsinə dair növbəti görüşə ev sahibliyi etmək istəyir


21-09-2016, 13:03. Yazar: admin


Fransa prezidenti Fransua Olland Qarabağ tənzimlənməsinə dair cari prosesin ümumiləşdirilməsi məqsədilə görüşün Parisdə keçirilməsinə hazırdır.

Bu barədə Fransa prezidentinin ermənistanlı həmkarı Serj Sarkisyana Ermənistanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə ünvanlandığı məktubunda deyilir.

“İyulun 9-da Varşavada keçirilmiş görüşümüzdə sizə bildirdiyim kimi, Parisdə çox uzun sürən münaqişənin tənzimlənməsi çərçivəsində cari prosesin ümumiləşdirilməsi üçün görüşü qəbul etməyə hazıram”, - Olland belə qeyd edib.

Fransa prezidenti həmçinin Dağlıq Qarabaq münaqişəsinin danışıqlar yolu ilə ədalətli həllinə tərəfdar olduğunu əlavə edib.
Geri dön