Ana Sayfa > Ölkə > YAP Zəngilan rayon təşkilatı “Əbədiyaşar Lider” adlı dəyirmi masa keçirib

YAP Zəngilan rayon təşkilatı “Əbədiyaşar Lider” adlı dəyirmi masa keçirib


11-12-2023, 17:42. Yazar: sevinc1
YAP Zəngilan rayon təşkilatı “Əbədiyaşar Lider” adlı dəyirmi masa keçirib

Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə 11 dekabr 2023- cü il tarixində “Əbədiyaşar Lider” adlı dəyirmi masa keçirilib.

aia.az xəbər verir ki, tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, təşkilatın əməkdaşları, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının müavini Nizami Mönsümov, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə nümyəndəsi Mehman Nəsirov, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin idman sektorunun müdiri Zakir Məmmədov, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə giriş nitqi ilə çıxış edərək müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, Azərbaycanın rifahı naminə gördüyü işlər haqqında geniş məlumat verib.
Tədbirdə daha sonra çıxış edənlər Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərdən, Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs etdilər. Qeyd olundu ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlmişdir.
Sonda Ulu Öndər Heydər Əliyev haqqında video-çarx nümayiş olunub.
Sonda Ulu Öndər Heydər Əliyev haqqında video-çarx nümayiş olunub.
Geri dön