Ana Sayfa > Cəmiyyət > Sahibkarlarla növbəti görüş Lənkəran şəhərində keçiriləcək

Sahibkarlarla növbəti görüş Lənkəran şəhərində keçiriləcək


11-12-2023, 14:03. Yazar: sevinc1
Sahibkarlarla növbəti görüş Lənkəran şəhərində keçiriləcək

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq. Aksiya Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” dekabrın 13-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Geri dön