Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “ Cənab Prezidentin müsahibəsi göstərdi ki, hər hansı təzyiq bizi doğru bildyimiz yoldan çəkindirmək gücündə deyildir.”
Eltun Süleymanov: “ Cənab Prezidentin müsahibəsi göstərdi ki, hər hansı təzyiq bizi doğru bildyimiz yoldan çəkindirmək gücündə deyildir.”11-12-2023, 10:23. Yazar: sevinc1 |
“Ölkə başçısı cənab İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarına müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması əlbəttə ki, qlobal auditoriyanın diqqətindən kənarda qalmır.Cənab Prezidentin verdiyi hər müsahibə və açıqlama ölkəmizin uğurlu inkişafından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına verdiyi müsahibə müsahibə dekabrın 9-da “Euronews”da yayımlanıb.Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də “Euronews” televiziya kanalı vasitəsilə Avropanın siyasi dairələrinə, eləcə də Avropa ictimaiyyətinə çox səlis və düzgün formada bugünkü Azərbaycanın və bütövlükdə regionun reallığını əks etdirən mövqeyini ortaya qoydu. Ölkənin dinamik inkişafı, iqtisadi vəziyyətin bu səviyyədə yaxşılaşmasının səbəblərini izah edən ölkə başçmısı bildirmişdir ki, bu, ilk növbədə keçirilən islahatların labüd nəticəsidir. Cənab Prezident qeyd etmişdir ki, bu səviyyəni əldə etmək üçün iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb.” Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz qeyd edib ki, xarici borclarımızın ödəniməsi üçün kifayət qədər vəsaitin olduğunu diqqətə çatdıran cənab Prezident bildirib ki, bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir.Həmçinin qeyd edilib ki, İqtisadi artımı təmin edəcək sahələrə investisiyaların qoyuluşu diqqət mərkəzindədir. 2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir. Ölkə başçısı qeyd edib ki, “Əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır” Eltun Süleymanov bildirib ki, ölkə başçısı ilk nöbədə əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlılığını qeyd edərək demişdir: “Bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı olub. Növbəti 5-6 ildə 10 qiqavat həcmində günəş və külək enerjisinin istehsalı planlaşdırılır.” Ölkə başçısı vurğulamışdır ki. Azərbaycanın bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilməsi və bu əməkdaşlığın real nəticələrin olması göstərir ki, Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməm əklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Cənab Prezident xüsusi olaraq qeyd etmişdir ki, Azərbaycanın qonşularla münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Bizim Avropa təsisatları ilə münasibətlərimizin öz müsbət dinamikası var. Bizim müsəlman ölkələri ilə münasibətlərimiz həmrəylik və tərəfdaşlıq nümunəsidir. Amma o da məlumdur ki, Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadratkilometr olan ərazi dağıdılıb. Lakin təəssüf ki, bir sıra qlobal güclər hələ də Ermənistanı haqsız olsa belə dəstəkləməkdə davam edir, Azərbaycan xalqına qarşı deportsiya, ksenofobiya meyylərini daim görməzdən gəlmişlər. Sülh sazişinin şərtlərinə dair sualı cavablandıran ölkə başçısı Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırlayıb: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması. Bütün bunlar beynəlxalq hüquqa əsaslanır. Qarabağın erməni sakinlərinin qayıtmasına gəlincə, biz heç vaxt onlara gedin deməmişik. Hər kəs öz xoşu ilə, sakitcə, heç bir təzyiqə məruz qalmadan çıxıb getmişlər, indi də əmlakları tam şəkildə qorunmaqdadır.Qayıtmaq istəyən üçün də heç bir maneə yoxdur: “Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur.” Kifayət qədər aydın mövqedir. Azərbaycanın Müzəffər Ali Baş Komandanı bu müsahibəsi ilə bir daha kor-koranə Azərbaycanı tənqid edənlərə, hədə dili ilə danışanlara xatırlatdı ki, hər hansı təzyiq bizi doğru bildyimiz yoldan çəkindirmək gücündə deyildir. Ən yaxşısı qarşılıqlı əməkdaşlıq, regionda və qonşuluqda sülh, iqtisadi sahədə inkişafı təmin edən, əhalinin rifahını yaxşılaşdırmağa yönəlmiş siyasət yürütmək daha məqbul variantdır. Geri dön |