Ana Sayfa > Özəl > Slovakiya Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara qarşı çıxıb

Slovakiya Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara qarşı çıxıb


11-12-2023, 08:48. Yazar: sevinc1
Slovakiya Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara qarşı çıxıb

Slovakiya parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Marian Keri Ukraynanın Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağa hazır olmadığını bildirib.
Onun sözlərinə görə, Ukrayna Aİ-yə üzv olmaq üçün daha çox addımlar atmalıdır və ölkələrin siyasi qərarla birliyə qoşula biləcəyi vaxt çoxdan geridə qalıb.

O əlavə edib ki, Ukrayna Slovakiyada olduğu kimi bütün lazımi meyarlara cavab verməlidir.

Bundan əvvəl Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Ukraynanın Avropa İttifaqına daxil olması prosesi vaxt tələb edir və ölkə hakimiyyəti bütün şərtləri yerinə yetirir. Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen ilə telefon danışığı apardığını, Avropa Şurasının iclasından əvvəl tərəflərin mövqelərini müzakirə etdiyini bildirib. Bundan əvvəl Zelenski BMT Baş Assambleyasının iclası zamanı Rusiyanın dünya təşkilatının Təhlükəsizlik Şurasında veto hüququndan məhrum edilməsini tələb edib.
Geri dön