Ana Sayfa > Parlament > Kişiyə təcavüz edib sonra intihar etdi - Deputatdan sirli cinayət
Kişiyə təcavüz edib sonra intihar etdi - Deputatdan sirli cinayət21-09-2016, 11:23. Yazar: admin |
Məşhur alman siyasətçi, Berlin parlamentinin “Piratov” partiyasından olan deputatı Hervald Klaus-Brunner öz evində intihar edib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, intihardan əvvəl isə deputatın bir kişiyə təcavüz edib, daha sonra onu öldürdüyü məlum olub. Bild nəşrinin hüquq-mühafizə orqanlarındakı mənbəsinin verdiyi məlumata görə, hər iki kişinin meyiti həftənin birinci günü – Berlində keçirilən parlament seçkilərində “Piratov” partiyasının 1,7 faiz səs toplayaraq məğlub olmasından bir gün sonra aşkar edilib. Polis hadisənin detallarını hələ də ortaya çıxara bilməyib. Geri dön |