Ana Sayfa > Manşet / Təhsil > Baş nazirdən Qarabağ Universiteti ilə bağlı
Baş nazirdən Qarabağ Universiteti ilə bağlı8-12-2023, 17:43. Yazar: sevinc1 |
Baş nazir Əli Əsədov “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb. aia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın Ədliyyə, Elm və Təhsil, İqtisadiyyat Nazirliyi, Maliyyə nazirlikləri və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Nazirlər Kabinetinə təqdim etməlidirlər. Həmin qurumlar bir ay müddətində Universitetin nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər. Həmçinin, Maliyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, bir ay müddətində Universitetin fəaliyyətinin maliyyələşdirilməsinə dair təkliflərini Azərbaycan Nazirlər Kabinetinə təqdim edəcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, bir ay müddətində Universitetin Xankəndi şəhərində torpaq sahəsi ilə təminatı məsələlərini həll edib Nazirlər Kabinetinə məlumat verməlidir. Elm və Təhsil Nazirliyi isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, bir ay müddətində Universitetin Xankəndi şəhərində tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərinə dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Bundan başqa, mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim eməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verəcək. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. aia.az Geri dön |