Ana Sayfa > Seçki 2024 > Mərdəkan Mədəniyyət Sarayından məhkum qadınlara hədiyyə

Mərdəkan Mədəniyyət Sarayından məhkum qadınlara hədiyyə


8-12-2023, 15:47. Yazar: sevinc1
Mərdəkan Mədəniyyət Sarayından məhkum qadınlara hədiyyə

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin “Bir kitabla, bir həyata nəfəs verin” çağrışına Mərdəkan Mədəniyyət Sarayının rəhbərliyindən cavab gəldi. Birliyin sədri, jurnalist Firuzə Cəlilovanın söylədiyinə görə saray rəhbəri Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Cavid Şahbazbəyov layihəyə qoşulmaqla kifayyətlənməyib onunla geniş aspektdə görüş keçirdiyini vurğuladı. Görüşdə məhkum qadınlara dəstək məqsədli gələcək planlardan danışıb, bu istiqamətdə birgə maraqlı məzmun düşüncələri əsasında fikir mübadiləsi aparıblar.
Cavid Şahbazbəyov Birliyin “ Bir kitab, bir həyat” layihəsinə qoşularaq müəllifi olduğu “Mən Azərbaycanlıyam” kitabını F. Cəlilovaya təqdim edib.
Xatırladaq ki, “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi azadlıqdan məhrum olan məhkum qadınların maariflənməsi, zamanlarını yanlış fikirlərə deyil, onlara fayda verən kitablara sərf etməyi əsas götürərək bu layihəni reallaşdırmaq qərarına gəliblər. Hər kəs öz şəxsi kitabxanasından bir kitab hədiyyə etməklə layihə iştirakçısına çevrilə bilər. Qeyd edək ki, layihə çərçivəsində məşhur yazıçılardan və təşkilatlardan onlara xeyli sayda kitab ərmağan olunub. İctimai Birliyin sədri, jurnalist Firuzə Cəlilova artıq toplanan kitabların bir hissəsini Zabrat II qəsəbəsində yerləşən 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsinə göndərdiklərini söylədi.



Geri dön